Bakı 2015
Bu ölkələrdə də Avropa Oyunlarını izləyə biləcəklər
Birinci Avropa Oyunlarının nümayişi ilə bağlı daha dörd ölkənin 5 televiziya şirkəti ilə müqavilələr imzalayıb.
Bakı 2015 Əməliyyat Komitəsindən Publika.az-a verilən məlumata görə, Ukrayna, Gürcüstan, Norveç və İsrail telekanalları da Avropa Oyunlarını yayımlayacaq.
- Ukrayna – NTU, ölkə boyunca Oyunların 16 milyon evdə yayımını təklif edən ödənişsiz milli yayım şirkəti;
- Gürcüstan – Gürcüstan İctimai Kanalı, London 2012 Yay Olimpiya Oyunlarını işıqlandırmış ödənişsiz televiziya şirkəti;
- Norveç – TV2, Rio 2016 Yay Olimpiya Oyunlarının yayım hüququnu əldə etmiş ödənişsiz televiziya şirkəti.
- İsrail – Bakı 2015, bu ölkənin aparıcı, ödənişli idman telekanalları olan Sport 5 (Sport Channel) və Sport 1 (Çarlton) arasında yayım hüququnun bölüşdürülməsi haqqında müqavilə imzalayıb.
Bu yeni telekanalların elan olunmasını şərh edən, Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün televiziya şirkətlərinin marağı artmaqda davam edir. Ukraynalı, gürcü, norveçli və israilli idman azarkeşlərinin bu yay Bakıda mübarizə aparacaq dünya səviyyəli idmançıları izləmək şansı əldə etməyindən məmnunuq.
Məqsədlərimizdən biri, Avropa Oyunlarının brendini beynəlxalq səviyyədə yaratmaqdır və bu yayım sazişləri, məqsədimizi uğurla həyata keçirmək üçün əsas vasitədir.
Orta hesabla, hər gün ən azı 6 saatlıq yayımla bazarın 70%-nə nüfuz etməklə, Avropa Oyunları qitədə 176 milyondan çox evdə izlənə biləcək”.
Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Çin, Honq Konq, Hindistan və Avropa ölkələri ilə əldə olunmuş yayım tərəfdaşlıqlarının ardınca, ən son bağlanmış bu müqavilələr, Avropa Oyunlarının qlobal miqyaslı tədbir olduğunu bir daha sübut edir.
-
Maraq dünyası14:18Tarakan Xalq Partiyasının rəhbəri azadlığa çıxdı
-
Avropa13:49Tusk və Kosinyak-Kamışa sui-qəsd xəbərdarlığı: Xüsusi xidmət orqanları hərəkətə keçdi
-
Sağlamlıq13:38Hamının içdiyi bu məhsulun zərərləri də var imiş - Həkimdən xəbərdarlıq
-
MDB12:30Putindən məşhur heykəltəraşa irad: "Əslində hər şeyi Tanrı yaradıb!"
-
Magazin212:21Stetxemin sevgilisi ideal bədən quruluşunu nümayiş etdirdi - Foto
-
Magazin112:05Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Foto
-
MDB10:04Data mərkəzi və yük gəmisi vuruldu
-
Səhiyyə09:28Meymunçiçəyi qayıdır? - Yeni yoluxmalar aşkarlandı

































.jpg)




