Bakı 2015
Göygöllülər məşəli qarşıladı
Bu gün İlk Avropa Oyunlarının məşəli Azərbaycanın səfalı guşələrindən olan Göygölə gətirilib.
Publika.az xəbər verir ki, Göygöl rayonunun Bayraq meydanında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub. Şəhərin Heydər Əliyev prospektində əllərində gül-çiçək, üçrəngli Azərbaycan bayraqları tutmuş minlərlə rayon sakini yürüş iştirakçılarını alqışlarla qarşılayıb.
Avropa Oyunlarının rəmzi qapısında Göygöl rayon peşə məktəbinin bədən tərbiyəsi müəllimi Təhminə Əliyeva Birinci Avropa Oyunlarının məşəlini qəbul edib. Sonra respublikamızı müxtəlif yarışlarda uğurla təmsil edən 10 idmançı məşəli Heydər Əliyev prospektindən keçməklə, Heydər Əliyev Mərkəzinin qarşısında qurulmuş səhnəyə gətirib. Buraya toplaşanlar Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları alqışlarla qarşıladılar.
Şəhər 1 nömrəli orta məktəbin bədən tərbiyəsi müəllimi, idman ustalığına namizəd Vüqar İbrahimov səhnəyə qalxaraq məşəli alovlandırdı. Sonra məşəldən götürülmüş alovla yandırılan çıraq rayon sakinlərinə təqdim edildi. Bildirildi ki, bu çıraq ilk Avropa Oyunları başa çatana qədər Heydər Əliyev Mərkəzində yanacaq.
Qarşılanma mərasimində çıxış edənlər vurğuladılar ki, respublikamızın hər yerində olduğu kimi, Göygöl rayonunda da idmana xüsusi diqqət və qayğı göstərilir. Keçən il dövlətimizin başçısının xeyir-duası ilə rayonda Olimpiya İdman Kompleksi istifadəyə verilib. Hazırda rayon mərkəzində, eləcə də kənd və qəsəbələrdə çoxlu sayda idman obyektləri fəaliyyət göstərir ki, bunun da nəticəsində hər il onlarla idmançı dünyanın ən mötəbər yarışlarında Azərbaycanı təmsil edir.
Sonra birinci Avropa Oyunlarının məşəli Gəncəyə yola salınıb.
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı





































.jpg)
