Bakı 2015
“Əsas hədəfim I Avropa oyunlarında qalib gəlməkdir, sonra...”
Amil Həmzəyev I Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək 3x3 basketbol komandasının üzvüdür.
Publika.az-a açıqlamasında idmançı həm I Avropa Oyunlarında qalib gəlməyi hədəflədiyini dedi, həm də rəqibləri barədə danışdı:
“Avropa Oyunları zamanı ölkəmizə gələcək komandaların demək olar ki, hamısı son Avropa çempionatında iştirak ediblər. Serbiyadan başqa bütün komandalarla müxtəlif turnirlərdə üz-üzə gəlmişik. Son Avropa çempionu olan Rumıniyanı Amsterdamda iki dəfə udmuşuk. Həmin turda biz qalib olmuşduq. Hədəflərim sırasında ilk növbədə I Avropa Oyunlarında qalib gəlmək durur. Təbii ki, sonra 2016-cı ildə Avropa seçmə mərhələsini uğurla keçmək, sonra isə İslam ölkələri Olimpiadasında 2017-ci ildə uğurlu nəticə əldə etmək istəyirəm”.
Qeyd edək ki, bu yeni idman növündə ümumilikdə 128 idmançı 32 komandada mübarizə aparacaq. Kişi və qadın idmançılardan ibarət komandalar öz aralarında yarışacaqlar və bu iki kateqoriya üzrə qalib olan bir komanda qızıl medalla mükafatlandırılacaq. 2015-ci il iyunun 23-26-da Basketbol 3x3 turnir yarışları 2000 tamaşaçı üçün nəzərdə tutulmuş müvəqqəti Basketbol Arenasında baş tutacaq.
Bir fikir də var ki, basketbol 3x3 üzrə Serbiya millisi uğurlu nəticələri ilə dünyanın ən güclü komandalarındandır. Serbiya millisinin əsas hədəfi Bakı 2015 birinci Avropa Oyunlarında qızıl medal qazanmaqdır. Bütün basketbol 3x3 komandaları İlk Avropa Oyunlarında 2 medal dəsti uğrunda yarışacaq.
Aygün İlqarqızı
-
MDB12:30Putindən məşhur heykəltəraşa irad: "Əslində hər şeyi Tanrı yaradıb!"
-
Magazin212:21Stetxemin sevgilisi ideal bədən quruluşunu nümayiş etdirdi - Foto
-
Magazin112:05Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Foto
-
Ekologiya11:57Qiyaməti xatırladan dəhşətli daşqın: Onlarla bina bir anda yox oldu - Video
-
MDB10:04Data mərkəzi və yük gəmisi vuruldu
-
Səhiyyə09:28Meymunçiçəyi qayıdır? - Yeni yoluxmalar aşkarlandı
-
Region08:48İranda yüksək rütbəli polis zabiti sui-qəsdlə öldürüldü - Pezeşkian tapşırıq verdi
-
Avropa08:00Zooparkda pələng kişini parçaladı

































.jpg)




