Bakı 2015
Deputat: “Avropa Oyunları Azərbaycanı dünyada daha da tanıdacaq”
“İlk dəfə keçiriləcək “Bakı 2015” Avropa Oyunları Azərbaycanı dünyada daha da tanıdacaq”. Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Fərhad Qəribov bildirib.
Onun sözlərinə görə, indi Azərbaycanın bütün regionları inkişaf edir, gözəlləşir. F.Qəribov deyib ki, Avropa Oyunlarını izləməyə gələn əcnəbilər Azərbaycandakı real vəziyyəti, inkişafı bir daha görəcəklər: “Azərbaycanı istəməyənlər də ölkəmizdəki inkişafa bir daha şahid olacaqlar. Eyni zamanda “Bakı 2015” ilk Avropa Oyunları Dağlıq Qarabağ münaqişəsinin dünyada tanıdılmasına da yeni imkanlar yaradacaq. Bakıya gələn xarici qonaqlar Azərbaycanın üzləşdiyi münaqişə ilə tanış ola biləcəklər”.
Deputat yarışları izləməyə ailəvi gedəcəyini də vurğulayıb: “Avropa Oyunlarında mütləq ailəmlə gedib iştirak edəcəm. Artıq bilet alınması üçün tapşırıq da vermişəm”.
“Bakı 2015” ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına da toxunan F.Qəribov deyib ki, bu cür hallar dünyanın hər yerində mövcuddur: “Ancaq Azərbaycanda daha yüksəkdir. Bizim müxalifətdən hər şeyi gözləmək olar. Erməni nə deyirsə, müxalifət də onu deyir. Azərbaycanın xeyrinə nə danışılırsa, müxalifət də mütləq bunun əleyhinə olmalıdır. Onlara görə, biz yaxşı işimizə pis deyilməsinə artıq öyrənmişik”.
Vasif Həsənli
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
Avropa14:57Almaniya DİN-dən iğtişaşlara görə sərt cəza vədi
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi




















.jpg)











.jpg)
