Banklar
Konstitusiya Məhkəməsindən kreditlərlə bağlı QƏRAR
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsindən Publika.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsi istehlak kreditlərinə də şamil edilir. Həmin maddənin tələblərinə uyğun olaraq, borc alanın əmlak vəziyyəti borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşdiyi təqdirdə, bank (borc verən) kreditin verilməsindən imtina edə bilər.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu






.png)




























