Banklar
"Unibank"dan kreativ video çarx: Kart məlumatları məxvidir
“Diş fırçanı kiminləsə bölüşürsən?”- təbii ki, bu suala hər kəs “Xeyr!” cavabı verəcək.
Publika.az xəbər verir ki, "Unibank"ın kart məlumatlarının təhlükəsizliyi ilə bağlı hazırladığı maarifləndirici video çarx bu sualla başlayır. İlk baxışdan diş fırçası ilə bank kartı arasında heç bir bağlılıq olmasa da, hər iki əşyanın başqası ilə paylaşılmasının nə qədər təhlükəli olduğunu görürük. Diş fırçamızdan başqa birinin istifadəsi səhhətimiz üçün nə qədər təhlükə yaradırsa, bank kartı məlumatlarının kiməsə verilməsi də maliyyə təhlükəsizliyimiz üçün o qədər ciddi təhdiddir.
“Unibank”ın maarifləndirici çarxında günlük həyatımızdan götürülmüş sadə dialoqla, bir qədər də zarafatyana formada insanlara kart məlumatlarının kimləsə paylaşmağın nə qədər ciddi fəsadlara səbəb olacağı çatdırılır. Kart məlumatlarını dələduzlardan qorumağın sadəcə bir yolu var- bu məlumatları heç kimlə paylaşmamaq.
Xüsusən də Bankınız tərəfindən sizə göndərilən 3D təhlükəsizlik kodunu heç kimlə paylaşmayın! Kartınıza aid bütün məlumatlar yalnız sizə məxsusdur. Bu məlumatları da diş fırçanız kimi heç kimlə bölüşməyin.
Maarifləndirici video çarxı tam izləyə bilərsiniz:
-
Sosial08:49Azərbaycan toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu







.jpg)












.jpg)



.webp)











.jpg)
