Banklar
"Unibank" şəhid Şahinin ailəsini himayəyə götürdü
Şəhidlik zirvəsinə yüksəlməzdən az öncə çəkdiyi videosu ilə bizi kövrəldən, cəsurluğu ilə qürurlandıran, qəhrəmanlığı ilə fəxarətləndirən Şahin Allahyarovla bu gün təkcə ailəsi deyil, bütün Azərbaycan fəxr edir.
Publika.az xəbər verir ki, "Unibank" torpaqlarımızın düşməndən azad olunması uğrunda canından keçmiş şəhidimiz Quba rayonu, Zizik kənd sakini Allahyarov Şahin Hüseynbala oğlunun ailəsini himayəyə götürüb. Unibank rəhbərliyinin bu qərarı haqda şəhidimizin ailəsinə məlumat verilib. Yaxın aylarda dünyaya gələcək, igid atasının adını daşıyacaq balaca Şahin 18 yaşınadək Unibankın himayəsində olacaq. 18 il ərzində şəhid övladının aylıq təminat xərcləri və ali məktəbə qəbul olunduğu halda 4 illik universitet xərcləri bank tərəfindən qarşılanacaq. Ali məktəbi bitirdikdən sonra şəhid övladının istədiyi təqdirdə Unibankda işlə təminatı da həyata keçiriləcək.
Onlar Azərbaycan bütövləşsin, daha da qüdrətlənsin, torpaqlarımız işğaldan azad olunsun, bizlər, övladlarımız Vətənimizdə daha xoşbəxt yaşayaq deyə, Şəhid oldular. Onlar torpaqlarımıza sahib çıxdılar- biz bu torpaqlarda daha firavan yaşayaq deyə! Biz isə onların ailələrinə, övladlarına sahib çıxmalıyıq- onlar öz məzarlarında rahat uyusun deyə! Onlar öz qəhrəmanlıqları ilə bizə ölkəmizin ərazi bütövlüyünü miras qoyub gedirlər, bizim borcumuz qəhrəman şəhidlərimizin övladlarını atalarının miras qoyduğu azad, bütöv Azərbaycanda xoşbəxt, qayğısız yaşatmaqdır!
Rahat uyu şəhidimiz, uğruna canını fəda etdiyin xalqın daim ailənin, övladlarının yanında olacaq!
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq






.png)






.png)






















