Banklar
Azərbaycanda problemli kreditlərin həcmi azaldı
2020-cu ilin noyabr ayınadək problemli kreditlərin həcmi illik hesabda 27,3 faiz (378,4 milyon manat) azalaraq 1,01 milyard manat olub.
Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın statistik bülleteninə məlumat verilib.
Bank sektorunun və qeyri-bank kredit təşkilatlarının ümumi kredit portfeli 2,35 faiz artaraq 14,78 milyard manat təşkil edib.
Verilmiş kreditlərdə dövlət banklarının payı 2,67 milyard manat (ümumi portfelin 18 faizi), özəl banklar 11,74 milyard manat (79,4 faiz), bank olmayan kredit təşkilatları (QBKT) isə 376,6 milyon manat (2,5 faiz) olub.
2020-ci ilin noyabrınadək milli valyutada verilən kreditlərin həcmi 10,25 milyard manat (2019-cu ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artım), bankların kredit portfelindəki payı isə 69,4 faiz təşkil edib.
Hesabat dövründə 4,53 milyard manat ekvivalentində xarici valyutada kredit verilib (ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artım) verilib. Bu göstəricinin bankların kredit portfelində payı 30,6 faizə bərabər olub.
Qısamüddətli kreditlərin həcmi milli valyutada 1,72 milyard manat, xarici valyutada isə 736 milyon manat olub. Uzunmüddətli kreditlərin həcmi müvafiq olaraq 8,53 və 3,8 milyard manat təşkil edib.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq






.png)




























