Banklar
"Kapital Bank" həssas əhali qrupuna yeni paket təqdim edir
Kapital Bank hər zaman bir sıra dövlət layihələrində iştirak edərək, müvəkkil bank qismində əhaliyə xidmət göstərir. Əmək pensiyaları, sosial müavinətlər, ünvanlı sosial yardımlar, təhsil və bir sıra digər xidmətlər üzrə dövlət tərəfindən verilən vəsaitlər, əsasən Kapital Bank kartları vasitəsilə əhaliyə təqdim olunur.
Həmçinin 2020-ci ilin mart ayından başlayaraq ölkədə pandemiya şəraiti zamanı işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılar üçün 190 manat birdəfəlik ödəmə vəsaitlərinin əksər hissəsi Kapital Bank filialları və kartları vasitəsilə verilib.
Bütün bunları nəzərə alaraq Kapital Bank aşağı gəliri olan əhali qrupuna yeni “Baza bank xidmətləri paketi”ni təqdim edir. Bu paketi əldə edənlər daha sərfəli şərtlərlə maliyyə xidmətindən yararlana biləcəklər.
“Baza bank xidmətləri paketi” çərçivəsində aşağı gəlirli əhali qrupuna daxil müştərilərə Kapital Bank-da cari hesabın açılması, mobil və SMS bankçılıq, yaşayış minimumu həcmində vəsaitin ölkədaxilində bankomatlarda nağdlaşdırılması, debit ödəniş kartlarının təqdim edilməsi kimi xidmətlərdən komissiyasız istifadəni nəzərdə tutulub.
Qeyd edək ki, cari ilin sonuna qədər tətbiqinə başlanacaq “Baza bank xidmətləri paketi” ilkin olaraq təqribən 200 000 nəfər aşağı gəliri olan vətəndaşı əhatə edəcək və həmin şəxslər yuxarıda qeyd olunan bir sıra xidmətlərdən komissiyasız istifadə edə biləcəklər.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər







.jpg)




.jpg)



.jpg)







.webp)








.jpg)
