Banklar
"Unibank" daha 3 mükafat qazandı
Unibank 2019-cu və 2020-ci illər ərzindəki fəaliyyətinə görə mükafatlandırılıb. Bank Azərbaycan Banklar Assosiasiyasının ənənəvi “Bankçılıq Mükafatları – 2019/2020” mükafatının qalibləri siyahısındadır. Ötən il ölkənin sosial-iqtisadi inkişafına verdiyi dəstəyə və həyata keçirdiyi layihələrə əsasən, “Unibank”ın fəaliyyəti üç nominasiya üzrə dəyərləndirilib. Şəhid ailələri və qazilərlə bağlı həyata keçirdiyi sosial layihələrə görə, Unibank 2020-ci il üçün “Korporativ sosial məsuliyyət” nominasiyasının qalibi olub. Müxtəlif universitet tələbələri ilə bağlı reallaşdırılan layihələrin qiymətləndirilməsi zamanı, Bank “Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə təltif edilib. Ənənəvi bankçılıqdan elektron bankçılığa keçid, rəqəmsallaşma ilə bağlı çoxsaylı layihələrin tətbiqi “Unibank”ı “Elektron Bankçılıq” nominasiyası üzrə qaliblərdən biri edib. Unibank 2019-cu ildəki fəaliyyətinə görə də nominasiyalara layiq görülüb. Sosial layihələrin aktiv iştirakçısı olması, bankı 2019-cu il üzrə də “Korporativ sosial məsuliyyət” nominasiyasının qalibi edib.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 28 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Unibank-hər kəsin bankı!
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı






.png)


























