Banklar
Unibank şəhid Tural Məmmədovun ailəsinə evi təqdim etdi
Unibank öz brend strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət sahəsində ölkəmizin inkişafına, vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək olan vacib layihələrin həyata keçirilməsində yaxından iştirak edir.
Böyük Vətən müharibəsi, Zəfər Günü ilə tariximizə yazılan 2020-ci ildə də Bank tərəfindən müxtəlif KSM layihələri həyata keçirilib. Bunların içərisində mənəvi baxımdan yüksək dəyər daşıyan, şəhid ailələrinə dəstəklə bağlı layihələr xüsusilə yaddaqalan olub. Bu layihələrdən biri torpaqlarımızın düşməndən azad olunması uğrunda canından keçmiş 21 yaşlı şəhidimiz Məmmədov Tural Taryel oğlunun ailə üzvlərinin Unibank tərəfindən evlə təminatıdır. Bank bu layihəni tərəfdaşları üçün ayırdığı Yeni il hədiyyəsi büdcəsi hesabına həyata keçirdiyi üçün “Unibank”ın partnyorları da bu layihədə iştirak etmiş oldu. Ev artıq ailəyə təqdim edilib. Bankın dəstəyi bununla yekunlaşmayacaq, Unibank komandası hər zaman ailənin yanında olaraq, qarşıya çıxan problemlərinin həllində dəstək olacaq.
Vətən torpağı uğrunda canından keçən hər bir şəhidimizin haqqı ödənilməzdir. Döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə dövlət başçısı tərəfindən “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan, cəmi 21 il yaşasa da həyatı, qəhrəmanlığı böyük kitablara mövzu olan şəhid Tural Məmmədovun qısa ömür yolundan bəhs edən videonu təqdim edirik: https://youtu.be/Z0QwhwUAROY
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam







.jpg)




.jpg)




.webp)

















.jpg)
