Banklar
"Unibank" və "Mastercard" daha bir ilkə imza atdı
Ödənişlərinizi o saat etmək istəyirsiniz? O zaman bilin ki, o saat bu saatdır. Unibank və Mastercard Azərbaycanda ilk dəfə olaraq, Mastercard kartları ilə Garmin saatlarından təmassız ödəniş imkanlarını təqdim edir. Bunun üçün sadəcə mobil telefonunuzda Garmin saatınıza məxsus tətbiqə daxil olursunuz, Unibank Mastercard kartınızı daxil edərək, saatınızı təmassız ödənişlərə hazır edirsiniz. Prosesin ardıcıllığını bu videodan öyrənə bilərsinz. https://youtu.be/lQZErF7ImxI
“İnnovativ texnologiyaları Azərbaycana gətirməkdən və Nağdsız Azərbaycan adını əsl reallığa çevirməkdən qürur duyuruq. Bütün bu layihələr əlbəttə ki, bizim müştərilərimizə daha çox rahatlıq gətirir və eyni zamanda elektron ödənişlərin həcmini artıraraq iqtisadiyyatı inkişaf etdirir. Bu cür layihələri hazırlamaqla vədimizə sadiq qalmağa davam edirik.” - deyə Mastercard-ın Azərbaycan üzrə meneceri Erdem Çakar bildirib.
Unibank KB-nin İcraçı Direktoru İqor Okayev bildirib ki, Unibank davamlı olaraq ölkədə nağdsız ödənişlərin artırılmasına öz töhfəsini verir: “Məhsul və xidmətlərimizin rəqəmsallaşması yaxın illər üçün “Unibank”ın əsas prioritetlərindən biridir. Çox sevindiricidir ki, bazarda öz rəqəmsal xidmətlərimizin çoxluğuna görə seçilirik. Unibank olaraq bu sahədə bir çox ilklərə imza atmışıq. Uzunmüddətli partnyorumuz olan Mastercard-la birgə müştərilərə təqdim etdiyimiz Garmin saatları ilə təmassız ödəniş, bu ilklərdən biridir. Bu yaxınlarda bank kartlarına xidmətin “Unibank”ın öz Kart Prosessinq Mərkəzinə köçürülməsində əsas məqsədimiz də elə Bankımızın kart istifadəçilərinə daha çox imkanlar və yeniliklər qazandırmaq idi. Unibank müştərilərini nağdsız ödənişlər sahəsində bir çox yeni xidmətlər gözləyir”.
Qeyd edək ki, Unibank bu günlərdə “Ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bank” nominasiyasının qalibi seçilib. Nominasiya Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən 2020-ci ilin nəticələrinə əsasən təqdim olunub.
Unibank- hər kəsin bankı!
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib

















.png)



















