Banklar
"Kapital Bank" sahibkarlar üçün maliyyələşmə təqdim edir
Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına, həmçinin bu sahədə çalışanlara endirimli şərtlər təklif etməklə öz töhfəsini verir. Bu dəfə Kapital Bank-a müraciət edən hüquqi şəxslər və sahibkarlar üçün Faktorinq, Satışın maliyyələşdirilməsi və Təchizat öncəsi maliyyələşdirmə məhsullarını təqdim edir.
Bu məhsullar müştərilərə dövriyyə vəsaitlərindən rahat və sürətli istifadə imkanı verir. Belə ki, Faktorinq və Satışın maliyyələşdirilməsi məhsullarından istifadə zamanı satıcı, satdığı malın dəyərinin alıcı tərəfindən ödənilməsini gözləmədən, etdiyi satış dəyərinin 90%-ə qədərini Kapital Bank tərəfindən dərhal ala bilir.
Təchizat öncəsi maliyyələşdirmə məhsulundan istifadə zamanı isə satıcı, alıcı ilə bağladığı müqavilə və ya ondan qəbul etdiyi alış sifarişi əsasında Kapital Bank-a müraciət etməklə, təchiz ediləcək mallar və ya görüləcək işlər üzrə öncədən maliyyələşmə əldə edə bilir.
Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarının üstünlüklərinə gəldikdə isə, əsas olaraq girov tələbinin olmadığını qeyd etmək olar. Bundan başqa satıcı biznesini davam etdirmək üçün satış dəyərinin 90%-ə qədərini Kapital Bank-dan əvvəlcədən alıb, daha rəqabətə davamlı məhsullar təklif etmək imkanına malik olur. Həmçinin bu məhsulun alıcıdan avans tələb etməməsi, məzənnə dəyişikliyi, inflyasiya və likvidlik risklərinin olmaması kimi üstünlükləri də vardır.
Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi, Gənclik, Yasamal, Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək TM-də yerləşən Ticarət filialı fəaliyyət göstərir. Biznes mərkəzlərində KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı fərdi müştəri menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər
Faktorinq, Satışın maliyyələşdirilməsi və Təchizat öncəsi maliyyələşdirilməsi məhsullarına müraciət etmək üçün qeyd edilən linkə - https://kbl.az/cbpcr, (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam







.jpg)








.webp)


















.jpg)
