Banklar
Kapital Bank bu şəxslər üçün özünəxidmət sahəsi yaratdı
Kapital Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün növbəti yeniliyi təqdim edib. Ölkədə ilk dəfə olaraq Kapital Bank-ın biznes müştəriləri Mərkəz (Bülbül prospekti 60, Gülüstan Residence) və Bakıxanov (Bakıxanov qəsəbəsi, S Qocayev küçəsi 13A,B,C) filiallarında yaradılan 24/7 rejimində fəaliyyət göstərən xidmət sahəsindən istifadə edə bilərlər.
Publika.az xəbər verir ki, özünəxidmət sahəsinə giriş, NFC funksiyasını dəstəkləyən, əvvəlcədən qeydiyyata alınan xüsusi kartlar vasitəsilə mümkündür. Xidmət sahəsində müştərilərin mədaxil və məxaric əməliyyatlarının aparması üçün ATM və ADM avadanlıqları quraşdırılıb. Gələcəkdə analoji sahələr başqa filiallarda da təşkil ediləcək.
Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və s.
Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam







.jpg)







.webp)



















.jpg)

