Banklar
Deputatdan Mərkəzi Banka TƏKLİF: Kredit faizlərinin azalmasına və...
2021-ci ilin birinci rübünün yekunlarında bank sektorunun bir sıra aparıcı göstəricilərində neqativ dəyişmə qeydə alınıb.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib.
Millət vəkili bildirib ki, bu ilin ilk rübündə problemli kreditlərin həcmində artımlar davam edib: "Mərkəzi Bankın məlumatına görə, vaxtı keçmiş kreditlərin həcmi ötən ilin son ayında 893,1 milyon manat idisə, bu göstərici bu ilin yanvarında 900,4 milyon, fevralda 917,5 milyon və nəhayət mart ayının yekunlarında 918,2 milyon manata çatıb. Bu o deməkdir ki, bir rüb ərzində bank sektorunda problemli kreditlərin həcmi 25 milyon manatdan çox artıb".
.jpg)
V.Bayramovun sözlərinə görə, bu müddətdə depozitlərdə də azalma müşahidə edilib: "Mərkəzi Bankın məlumatına görə, fiziki şəxslərin əmanətləri bu ilin mart ayında əvvəlki aya nisbətən 232 milyon manat azalıb. Belə ki, fevral ayında vətəndaşların banklardakı əmanətləri 8 milyard 379 milyon manat olsa da, bir ay sonra bu göstərici 8 milyard 147 milyon manata düşüb.
Mərkəzi Bankın beynəlxalq ehtiyatları da bu ilin mart ayında əvvəlki aya nisbətən azalıb. Belə ki, bu ilin fevral ayında 6 milyard 367 milyon dollar olan ehtiyatlar azalaraq 6 milyard 356 milyon dollara düşüb. Bu o deməkdir ki, Mərkəzi Bankın beynəlxalq ehtiyatları mart ayında əvvəlki aya nisbətən11 milyon dollar azalıb".
Deputat əlavə edib ki, rəsmi göstəricilər təsdiq edir ki, bank sektorunda islahatların dərinləşdirilməsinə ehtiyac var: "Mərkəzi Bank bank sektorunda rəqabəti gücləndirməklə kredit faizlərinin azalmasına, depozit və kredit siyasətləri arasındakı mütənasibliyin möhkəmləndirilməsinə nail ola bilər. Bu, passiv vəsaitlərin banklara cəlb edilməsinə və kredit şərtlərinin yumşalmasına gətirib çıxara bilər. Eyni zamanda, valyuta bazarının liberallaşdırılması istiqamətində də tədbirlərin genişləndirilməsinə ehtiyac var".
Akqabay
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib

















.jpg)



















