Banklar
Sahibkarlar Kapital Bankla olan müqavilələri “ASAN İmza” ilə imzalaya bilərlər
Hüquqi şəxslər və fərdi sahibkarlar Kapital Bank-la maliyyələşmə məhsulları üzrə müqavilələrini artıq “ASAN İmza” ilə imzalaya bilərlər. Bununla da müştərilərin kredit və zaminlik müqavilələrini imzalanmaq üçün banka gəlməyə və vaxt itirməyə ehtiyacı qalmır.
Maliyyələşmə məhsulları dedikdə kredit, overdraft, qarantiya, ticarət əməliyyatlarının maliyyələşdirilməsi (faktorinq, satışın maliyyələşdirilməsi, təchizat öncəsi maliyyələşmə) nəzərdə tutulur. Bundan başqa həmçinin, zaminlik və girov müqavilələri də “ASAN İmza” ilə imzalana bilər. Həmçinin “ASAN İmza” – gücləndirilmiş mobil elektron imzanı əldə etmək istəyənlər, vergi idarələrinə və ASAN Xidmət mərkəzlərinə getmədən bunu Kapital Bank-ın Mərkəz, Yasamal, Gənclik, Nəsimi, Səbail və Xətai filiallarında həyata keçirə bilərlər.
Qeyd edək ki, Kapital Bank sahibkarlara mütəmadi olaraq yeniliklər təqdim edir. Bir müddət əvvəl təqdim edilən “Müştəri profili” onlayn platforması vasitəsilə fərdi sahibkarlar və hüquqi şəxslər bankda hesab açmadan və Müştəri Bank sisteminə qoşulmadan şəxsi kabinet yaradıb, maliyyələşmə məhsulları üzrə sifarişlərini banka yönəldə bilərlər.
“Müştəri Profili” vasitəsilə yaradılmış şəxsi kabinetdə müştərilər maliyyə vəsaitlərinə olan ehtiyaclarını qarşılamaq üçün Kapital Bank tərəfindən təklif olunan hər bir məhsul haqqında ətraflı məlumatla tanış ola bilərlər. Maliyyələşmə məhsulunun hər hansı biri üzrə sifariş vermək istəyən müştəriyə banka gəlməyə, bank nümayəndəsi ilə əlaqə saxlamağa ehtiyac yoxdur.
30 iyun 2021-ci il tarixinədək müştərilər AZN valyutasında olan kredit, ticarət əməliyyatlarının maliyyələşdirilməsi və overdraft məhsullarının “Müştəri Profili”ndən sifarişi zamanı rəsmiləşmə komissiyasına 30% endirim və digər endirimlər əldə edəcək. Xidmətə qoşulmaq üçün https://kbl.az/cbpcr linkinə keçid etmək olar.
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin




































