Banklar
Unibankın 2021-2023 strategiyası beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanıb
“Unibank”ın yeni inkişaf mərhələsinə qədəm qoymasını özündə əks etdirən 2021-2023-cü illər üçün strategiyası İcraedici Komitə tərəfindən Müşahidə Şurasına təqdim olunub.
Bankın yeni missiya və strateji baxışlarını əks etdirən bu sənəd beynəlxalq ekspertlərin iştirakı, beynəlxalq qurumların texniki dəstəyi (sponsorluğu) ilə hazırlanıb. Strateji və biznes planlaşdırma layihəsinin hazırlanması Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən “Maliyyə vasitəçilərinin bacarıqlarının artırılması üzrə Texniki Əməkdaşlıq Proqramı” çərçivəsində dəstəklənib. Proqramın donorları, EU4Business təşəbbüsü çərçivəsində Avropa birliyi və Türkiyənin Xəzinədarlıq və Maliyyə Nazirliyidir.
Bankın missiyası– müştərilərin ilk seçimi olmaq və müştərilərə yönəlik (müştəri yönümlü) maliyyə xidmətləri və innovativ həllər təqdim etməklə, bütün maraqlı olan tərəflər üçün uzunmüddətli dəyər yaratmaqdır.
Bankın hədəflərinə çatmaq , ümumi baxış və missiyasını dəstəkləmək üçün Unibank rəhbərliyi tərəfindən dörd əsas prioritet müəyyən edilib. İki prioritet xüsusilə diqqət çəkir: müştərilər göstərilən xidmətlərin onların ehtiyaclarını tam əhatə etməsi və müştəri təcrübəsinin yaxşılaşdırılması və rəqəmsal və texnoloji transformasiyanın sürətləndirilməsi.
Yeni strategiya, güclü dəyər sisteminin möhkəm təməllərinə və səhmdarların vizyonuna əsaslanmaqla, yenilənməkdə olan texnoloji platforma ilə əzmkar komandamızın sinerjisi hesabına həyata keçiriləcəkdir.
Unibank-Sənin Bankın!
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?






.png)






























