Banklar
"Unibank" birinci yarımili mənfəətlə başa vurub
“Unibank” KB ASC 2021-ci ilin 1-ci yarımilinin maliyyə nəticələrini açıqlayıb. Bank hesabat dövrünü əksər sahələrdə müsbət göstəricilərlə başa vurub. Bu ilin 1-ci yarısında “Unibank”ın əldə etdiyi əməliyyat mənfəəti 2020-ci ilin ilk yarısı ilə müqayisədə 78 % artaraq 9 milyon manat olub. 30 iyun 2021-ci il tarixinə Bankın əldə etdiyi xalis mənfəət isə (prudensial hesabat üzrə) 4 milyon manatdır.
Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib.Maliyyə nəticələrinə əsasən, 1-ci yarımil ərzində “Unibank”ın aktivlərinın həcmində 77 milyon manat artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 893 milyon manat təşkil edib.
Bu ilin əvvəlindən etibarən, Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Birinci yarımildə “Unibank”ın ümumi kredit portfelinin həcmi 94 milyon manata yaxın- 17% artıb. Kredit portfelinin təhlili göstərir ki, hesabat dövründə biznesin kreditləşməsi kəskin artıb. Unibank üçün hər zaman prioritetlər sırasında olan biznes sektoruna verilmiş kreditlərin məbləği ilin əvvəlindən 30 iyunadək 92 milyon manat təşkil edib. Bu müddətdə təkcə mikro, kiçik, orta sahibkarlığa ayrılan kreditlərin həcmi ötən ilin birinci yarısı ilə müqayisədə 68% artıb. Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində bank bu ilin birinci yarısında da pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət zəmanətli, güzəştli kreditlərin ayrılmasını davam etdirib. Unibank Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlıq nəticəsində 6 ay ərzində kənd təsərrüfatı təyinatlı güzəştli mikrokreditlər ayrılıb. Hər iki Fondla əməkdaşlıq çərçivəsində Bank tərəfindən sahibkarlara 4 milyon manatdan çox kredit verilib.
“Unibank”ın depozit portfeli də ilin ilk yarısı xeyli böyüyüb. Müddətli depozitlər ilin əvvəlindən 29% artaraq 30 iyun 2021-ci il tarixinə 439 milyon manat təşkil edib. Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, bu ilin ilk yarısında da bu sahəyə öz töhfəsini verib. Yarım il ərzində dövriyyədə olan plastik kartların sayı nəzərəçarpacaq dərəcədə artıb. Ötən ilin sonu ilə müqayisədə təkcə debet kartlar 18% artaraq 449 minə çatıb.
Ölkə əhalisinə məsafədən bank xidmətinin göstərilməsini daha da zəruri edən son ildə “Unibank”ın UBank tətbiqinin istifadəçilərinin sayı da artmaqdadır. Bu ilin əvvəlindən UBank-da qeydiyyatdan keçənlərin sayı 26% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk yarısında mobil tətbiq vasitəsilə aparılan kartla əməliyyat dövriyyəsi 42%, say olaraq isə 46% artıb.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 29 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Unibank- Sənin Bankın!
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 16 Sentyabr 15:31Baş nazir qərar imzaladı







.jpg)





























.jpg)

