Banklar
DİQQƏT: Bu bankın direktoru adından fırıldaq edilir
Bu gün Kapital Bankın bir neçə müştərisinə bank adından şübhəli mesaj gəlib.
Bu barədə Axar.az-a bank müştəriləri məlumat veriblər.
Bildirilib ki, özünü Kapital Bankın Müşahidə Şurasının sədri, Baş icraçı direktor Cəlal Ələkbər oğlu Qasımov kimi təqdim edən şəxs müştərilərdən bank kartının məxfi məlumatlarını istəyib. Məlumatın düzgün verilməyəcəyi təqdirdə isə kartın deaktiv olunacağı vurğulanıb.


Bankın mətbuat xidmətindən isə bildirildi ki, məsələ araşdırılır.
"Kapital Bank"ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib kİ, "Kapital Bank" mütəmadi olaraq müxtəlif sorğular keçirir: "Lakin bu sorğular hər hansı bir məhsul və ya xidmətlə bağlı, telefon zəngi vasitəsilə baş verir. Sorğu zamanı bankın rəhbərliyinin adından istifadə etmək və ya kart məlumatlarının tələb olunması yolverilməzdir. Ona görə də bu tip bildirişlərə qarşı müştəriləri diqqətli olmağa çağırırıq və heç bir halda kart məlumatlarını başqa şəxsə verməmələrini xahiş edirik. Əks halda onlar dələduzluq halı ilə üzləşəcəklər”.
-
Hadisə23:00Azərbaycanda zəlzələ oldu
-
İdman21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı







.jpg)











.jpg)
















.jpg)

