Banklar
“Kapital Bank” yeni “Kliklə ödə” xidmətini təqdim etdi
Kapital Bank həm fiziki şəxslər, həm də sahibkarlar üçün mütəmadi olaraq müxtəlif xidmətlər, funksiyalar və kampaniyalar təqdim edir. Bu dəfə təqdim edilən “Kliklə ödə” xidməti vasitəsilə, cəmi bir kliklə ödəniş qəbul etmək mümkün olacaq. Xidmətdən yararlanmaq üçün Müştəri Bank-da funksiyaya qoşulub, onu aktiv etmək lazımdır.
Bu funksiya vasitəsilə Müştəri Bank istifadəçiləri öz veb və ya tətbiqlərinin kanalları vasitəsilə ödəniş qəbul edə bilərlər. Misal üçün, hər hansı bir Müştəri Bank istifadəçisi digər bir şəxsdən ödəniş qəbul etmək istəyirsə, bu zaman satdığı məhsulun kateqoriyasını seçir, məhsulun adını, məbləği, alıcının adını və alıcıya hər hansı bir qeydi varsa, onu yazır.
Bununla da onlayn formada ödəniş üçün yaradılan linki və ya QR kodu alıcıya göndərir. Alıcı bu vasitələrdən biri ilə ödənişi ani olaraq həyata keçirə bilir. Link 72 saat ərzində aktiv olur, müddət bitdikdə avtomatik ləğv olunur. Bu xidmətdə qəbul olunan məbləğ üçün limit mövcud deyil, komissiya isə istənilən kart üçün 1,5% təşkil edir.
Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...






.png)































