Banklar
"Kapital Bank" gömrük rəsmiləşdirilməsi üçün güzəştli kredit təklif edir
Kapital Bank bizneslə məşğul olan şəxslər üçün daha bir sərfəli məhsul təklif edir. Yeni təqdim olunan məhsul gömrük rüsumlarını ödənilməsi üçün nəzərdə tutulub. Belə ki, məhsul vasitəsilə gömrük rüsumlarının ödənilməsi üçün 60 günədək müddətə, 14%-dən başlayan faizlə kredit təklif olunur.
Maliyyə təhlili olmadan verilən kreditin maksimal məbləği 100 000 manatadək ola bilər. Kredit ödəniş kartı vasitəsilə verilir. Bizneslə məşğul olan şəxsə verilən ödəniş kartı yalnız gömrükdə quraşdırılan POS terminallarda və onlayn olaraq gömrük ödənişləri üçün istifadə edilə bilər.
Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Müştəri Bank vasitəsilə məhsullarla bağlı məlumatlarla yanaşı, Banka gəlmədən bütün sifarişlərini yönləndirmək imkanı vardır. Qeyd edək ki, bu məhsulu almaq istəyənlər qeyd edilən linkə - https://kbl.az/cbpcr, (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərlər.
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...






.png)































