Banklar
Rusiyanın 1,2 milyard avroluq aktivləri donduruldu
Fransa Maliyyə və İqtisadiyyat Nazirliyi Rusiya Mərkəzi Bankının aktivləri də daxil olmaqla, ümumilikdə 1,2 milyard avro dəyərində aktivlərini dondurub.
Publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə nazirlik yanında Kəşfiyyat və Yeraltı Maliyyə Sxemləri ilə Mübarizə İdarəsinin (Tracfin) rəhbəri Guillaume Valette məlumat verib.
Onun sözlərinə görə, dondurulmuş məbləğə maliyyə, və qeyri-maliyyə aktivləri, eləcə də daşınmaz əmlak daxildir.
Qeyd edək ki, bu ili mart ayının sonunda Fransa hökuməti Rusiya Mərkəzi Bankının 22 milyard avro məbləğində aktivlərinin dondurulduğunu elan etdi. Mayın sonunda isə Avropa komissarı Didye Reynders bəyan etdi ki, Aİ ölkələri Rusiya Mərkəzi Bankının təxminən 23 milyard avro məbləğində aktivlərini dondurmağa nail olublar.
İyulun sonunda məlum olub ki, Aİ yeddinci sanksiyalar paketi çərçivəsində məhdudiyyətlərə məruz qalan rusları öz ərazisindəki aktivlərini bəyan etməyə məcbur edəcək. Hər hansı əmlak haqqında məlumat verilməməsi sanksiyalardan yayınma hesab olunacaq və digər aktivlərlə birlikdə müsadirə olunacaq.
Rövşən Ziya
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir






.png)


















.jpg)













