Banklar
MB-nın kredit SİYASƏTİ: Banklara NƏZARƏT daha da gücləndirilir
“Son aylar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən bir sıra qaydalara edilən dəyişikliklər qanunsuz şəkildə həyata keçirilir. Hətta qəbul olunan yeni qaydaların özündə də qanunsuzluqlar müşahidə olunur. Mərkəzi Bank haqqında qanuna əsasən, İdarə Heyətində üzvlərin sayı 7 nəfər, yetərsay isə 4 nəfər olmalıdır. Ancaq hazırda cəmi 3 nəfər olduqları üçün qərar qəbul edə bilməzlər”.
Bu sözləri Publika.az-a açıqlayan bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, bu baxımdan hər bir vətəndaş bu qaydaları mübahisələndirə bilər.
Onun sözlərinə görə, yeni dəyişikliklər istehlak kreditlərinin verilməsini birbaşa qadağan etmir, sadəcə onları banklar üçün biznes kreditləri ilə müqayisədə sərf etməyən səviyyəyə çatdırır:

“Məlumdur ki, banklar istehlak krediti verərkən müəyyən qədər ehtiyac yaratmalıdırlar. Çünki, özlərinin limitlik əmsalları var. Ancaq hazırda bu əmsal onlara sərf etməyən tərzdə hazırlanır. Mərkəzi Bank bildirir ki, istehlak kreditini verə bilərsiniz, amma bu, sizin potensial normativlərinizə mənfi təsir edəcək. Buna riayət olunması isə bankın kapital adekvatlığını aşağı salır. Bu gün onlara qarşı elə vəziyyət yaradılır ki, istehlak kreditinin verilməsində az maraqlı olsunlar. Bu baxımdan da banklar çoxgəlirli vətəndaşlara istehlak krediti verməkdə maraqlı olacaqlar”.
Bu gün Azərbaycanın bank sistemində inhisarçılıq meyllərinin güclü olduğunu deyən ekspert qeyd etdi ki, bu səbəbdən Mərkəzi Bank iri banklara nəzarət edə bilmir:
“Bu, ona gətirib çıxaracaq ki, həmin banklar daha çox kapitala və böyük aktivlərə malik olduqları üçün vətəndaşlara istehlak kreditini verə biləcəklər. Amma aktiv və kapitalları zəif olan, həm də Mərkəzi Bank tərəfindən ciddi nəzarətə məruz qalan kiçik və orta banklara sərf etməyəcək. Ona görə də istehlak krediti bazarının iri banklar tərəfindən zəbt olunması gözlənilir. Məsələnin digər maraqlı tərəfi ondan ibarətdir ki, ölkənin bank sistemində istehlak kreditinin həcmi göstərildiyi kimi deyil, ümumi həcmi həmişə çox olub. Çünki, belə kreditləri təkcə banklar deyil, bank olmayan kredit təşkilatları (BOKT), lizinq şirkətləri, hətta ticarət şəbəkələri verir”.
Qeyd edək ki, bu gün Mərkəz Bank tərəfindən “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda bəzi dəyişikliklər edilib. Bu dəyişikliklər bütövlükdə bank sektorunun maliyyə dayanıqlığının daha da gücləndirilməsi, o cümlədən məsuliyyətli və daha sağlam kreditləşmənin təmin edilməsi, əhalinin izafi borclanmasının qarşısının alınması, borcalanların potensial valyuta riskindən qorunması və ölkədaxili banklararası bazarın stimullaşdırılması üzrə yeni tələbləri nəzərdə tutur.
Rövşən Ziya
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir






.png)


















.jpg)













