Zaman anlayışına bir də belə baxın
Bizi izləyin

Bilgi.az

Zaman anlayışına bir də belə baxın

İnsanlar zaman anlayışının içində sıxışıb qaldığı üçün bəzən zamanın və tarixin nə cür qəribə bir şey olduğunu anlamaqda çətinlik çəkir. Həyatımız və planlarımıza görə dəyərləndirdiyimiz "zaman", zənn etdiyimizdən daha qəribə bir anlayışdır.

Publika.az həmin bu fikri təsdiqləyəcək dəlilləri təqdim edir:

1. Kleopatra "Pizza Hut"ın açılmasından və piramidaların tikilməsindən daha yaxın bir zamanda yaşayıb.

Böyük piramida təxminən e.ə. 2560-ci ildə inşa edilib; Kleopatra e.ə. 69-30-cu illərdə yaşayıb; ilk Pizza Hut isə 1958-ci ildə açılıb. Yəni arada 500 il kimi fərq var.

2. Oksford Universiteti, Asteklərdən daha qədimdir.

Oksford Universitetində təhsil 1096-ci ildə başlayıb və 1249-ci ildə universitet rəsmi olaraq qurulub. Asteklərin meydana gəlməsi isə təxminən 1325-ci ildə baş verib.

3. Təyyarənin ixtirası ilə və Aya etdiyimiz ilk səyahət arasında cəmi 66 il var.

1903-ci ildə Rayt qardaşlar ilk dəfə təyyarəni 59 saniyə müddətlə havada tuta biliblər. "Apollo 11" isə Ayın səthinə 1969-ci ildə çıxıb.

4. Misao Okava'nın doğulduğu il, Fransız inqilabına günümüzdən daha yaxındır.

Ötən il dünyasını dəyişənə qədər planetimizin ən yaşlı insanı olan Misao Okava, 1898-ci ildə, yəni 118 il əvvəl dünyaya gəlib. Bu tarix, 1789-ci ildə reallaşan Fransız inqilabına, içində olduğumuz zamana görə 9 il daha yaxındır.

5. Amerikanın onuncu prezidenti Con Taylerin iki nəvəsi hələ həyatdadır.

1841-1845 illərdə vəzifə yerinə yetirən prezident 63 yaşında ata olub. Dünyaya gələn oğlu da 70 yaşından sonra ata olduğu üçün, prezidentin nəvələri bu gün də hələ həyatdadır.

6. İlk piramidaların inşa edildiyi müddətdə, mamontlar hələ yaşamaqda idi.

Mamontların çoxunun nəsli, mədəniyyətin qurulmasından əvvəl tükənmiş olsa da, kiçik bir qismi e.ə. 1650 illərinə qədər yaşayıb.

7. "Star Wars" filminin ilk nümayiş olunduğu tarixlərdə Fransada insanlar hələ gilyotinlə edam edilirdi.

İlk "Star Wars" filmi 1977-ci ildə may ayında nümayiş olunub. Fransada reallaşan son gilyotin edamı isə eyni ilin sentyabr ayında baş tutub.

8. ABŞ-lı serial və kino aktyoru Betti Vayt, tost çörəyindən daha yaşlıdır.

Betti Vayt 1922-ci ildə doğulub və Otto Frederik Rohvedder isə tost çörəyini 1928-ci ildə hazırlayıb.

9. 1991-ci il tarixli bu texnologiya məcmuəsində gördüyünüz hər şey bu gün bir ağıllı telefonun içərisində mövcuddur.

Əlimizdəki alətlərə heyrətlə baxmaq üçün bir başqa səbəb daha.

10. Harvard Universiteti, kalkülüs sisteminin tapılmasından daha qədimdir.

1636-ci ildə qurulan Harvard, ABŞ-ın ilk ali təhsil təşkilatıdır. Kalkülüsün inkişaf etdirilməsi isə 17-ci əsrin ikinci yarısında, Qotfrid Leybnits və İsak Nyutonun işləri ilə mümkün olub.

11. Heç vaxt içində olduğumuz anı yaşamırıq. Beyinlərimiz bir parça geridən gəlir.

Hamımız, həyatı 80 milli saniyə qədər geridən izləyirik. Beyinlərimiz, bir hadisənin gerçəkləşdiyinin fərqinə varmadan əvvəl, o hadisə çoxdan reallaşmış olur.

12. Stegosauruslarla Tiranozavrlar arasındakı zaman fərqi, Tiranozavrlar ilə bizim aramızda olan zaman fərqindən daha çoxdur.

Stegosaurus 150 milyon il əvvəl, T-Rex isə 65 milyon il əvvəl yaşayıb.

13. 45 yaşınızdan sonra dünya əhalisinin sayı sizin dünyaya gəldiyiniz illə müqayisədə iki qat artmış olur.

Dünya əhalisi 1968-ci ildə 3,557,000,000 ikən, bu gün 7.4 milyarda çatıb.

14. Əgər dünya tarixi bir ilin içinə sığışdırılsaydı, müasir insan ancaq 31 dekabr saat 23:58-də doğulacaqdı.

İnsanlar planetimizin tarixinin yalnız 0.004 %-ni təşkil edir. Bu göstəricinin zamanla necə dəyişəcəyi bilinmir ancaq, belə yaşamağa davam edərsək, çox da dəyişilməyəcəyi göz önündədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm