Dünyada baş verənlər bir klipdə - VİDEO
Bizi izləyin

Bilgi.az

Dünyada baş verənlər bir klipdə - VİDEO

Ukrayna Ali Radasında baş verən davalar məşhur Amerika icraçısı Mobinin (əsl adı Riçard Mervill Holl) klipinə düşüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, "Bu sistemlər iflas olurlar" klipində dinamik musiqinin altında qlobal qəzaların kadrları nümayiş etdirilir.

İnqilab edən ukraynalılardan başqa, Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəza, Afrikada aclıq çəkən uşaqlar, yoxsulluq, meşələrin doğranması, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın çıxışı, mağazada alıcıların davası, təbii fəlakətlər və digər qlobal hadisələr klipdə yer alıb. Mobi öz klipində müasir cəmiyyətin iflasını təsvir edir.

Dünya kataklizmləri ilə yanaşı, Ukrayna Ali Radasında deputatların davası da klipin mövzusu olub. Qeyd edək ki, davalar və əsl boks döyüşləri artıq Ali Rada üçün nadir hadisələr deyil. Son bir neçə ildə parlament üzvlərinin davaları tez-tez Ukraynanın siyasi həyatının gündəminə çevrilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm