Üzərində Azərbaycanla bağlı yazı olan bir şüşə su 10 minə satılır - – FOTO
Bizi izləyin

Bilgi.az

Üzərində Azərbaycanla bağlı yazı olan bir şüşə su 10 minə satılır - – FOTO

Kolleksiyaçı bildirir ki, şüşə metal qapaqla örtülüb və suda çöküntü yoxdur.

Rusiyanın Omsk vilayətində fərdi kolleksiyaçı bir şüşə mineral suyu 10 min rubla (təxminən 156 dollar) satışa çıxarıb.

Publika.az Virtualaz.org-a istinadən xəbər verir ki, "Omsk № 1" mineral suyunun bu cür bahalı olmasının səbəbi onun ötən əsrin 80-ci illərində doldurulmasıdır. Üstəlik Sovet Azərbaycanının 60 illik yubileyi münasibətilə. Bu səbəbdən şüşənin üzərində "Sovet Azərbaycanı-60 il" yazılıb.

Kolleksiyaçı bildirir ki, şüşə metal qapaqla örtülüb və suda çöküntü yoxdur.

"Hazırda iki şüşə belə su var. Ola bilsin ki təkcə Rusiyada, heç dünyada bu sudan qalmayıb" - kolleksiyaçı bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm