Bilgi.az
Hollivud ulduzu maliyyə problemlərinə görə intihar edib
Dünən dünyasını dəyişən məşhur Hollivud ulduzu Robin Uilyamsın intiharının səbəbləri məlum olub.
Publika.az “Daily Mail”ə istinadən xəbər verir ki, o, Kaliforniyadakı evində intihar edib. Qonşu otaqda yatan arvardı Süzan Şnayderin bundan xəbəri olmayıb. Aktyorun meyitini onun köməkçisi 11.55 radələrində aşkarlayıb.
Robin boynuna dolanmış kəmərlə, oturmuş halda tapılıb. Aktyor əvvəcə damarlarını doğramaq istəyib. Çünki masanın üstündə cib bıçağı aşkarlanıb. Robinin qolunda səciyyəvi kəsik izləri olub.
Uilyams uzun illər narkotik və alkoqol asılılığından və depressiyadan müalicə olunub. Lakin intiharın səbəbi kimi tam başqa versiya göstərilir.
Məhşur aktyor son illər böyük maliyyə problemləri ilə üzləşibmiş.
Robin Uilyams boşanma prosesinə görə keçmiş həyat yoldaşlarına 30 milyon dollar ödədikdən sonra çətin duruma düşüb. İki il əvvəl o hətta Napa vadisindəki sevimli rançosunu satıb.
Bundan başqa, bu ilin mayında “CBS “ telekanalında onun apardığı komediya verilişi bağlanıb. Aktyor bu hadisədən bərk mütəəssir olub.
Dostlarının sözlərinə görə, şounun bağlanmasına görə Uilyams özünü təhqir edilmiş sayıb. 63 yaşında televiziyaya rol almaq üçün xahiş etmək, yalvarmaq ona ağır gəlib. Aktyor ağır depressiyaya düşüb.
Üstəlik, malyyə problemlərinin cəngində sıxılan aktyor intihara sürüklənib.
İlqar
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”