Bilgi.az
Şou-biznes və kino dünyasında İsrail-Fələstin müharibəsi
Fələstin-İsrail münaqişəsi dünya şou-biznes və kinematoqraf aləmini parçalayıb. Ulduzlardan kimi Fələstini, kimi İsraili dəstəkləyir.
Yəhudi mənşəli ulduzlar, əlbəttə ki, Çaxal ordusuna dəstəklərini ifadə ediblər.
Populyar Hollivud aktyoru Con Voyt prezident Obamanı və dövlət katibi Con Kerrini sərt tənqid edərək, onları İsrailə lazımi dəstək verməməkdə ittiham edib.
Komediya artisti Bil Mar isə “Twitter” hesabında yazıb ki, HƏMAS-la danışıqlara getmək ağılsızlıqdır.
Amerikalı aktrisa və teleaparıcı Coan Riversin bəyanatı isə qalmaqal doğurub. Aktrisa deyib ki, HƏMAS-a dəstək verən fələstinlilər ölməyi haqq ediblər: “Əgər İsrail Qəzzanı yer üzündən silsə, təəccüblənməyəcəyəm. Təsəvvür edin ki, Nyu-Cersi Nyu-Yorku raket atəşinə tutur. Məgər Nyu-Cersini yer üzündən silməzdik?”
Bəyanatdan sonra aktrisa sərt tənqid olunub. Coan Rivers isə bildirib ki, onu düzgün başa düşməyiblər, hər şeyin günahkarı jurnalistlərdir. Onlar ümumi mətndən bəzi yerləri çıxarış edərək şişirdiblər: “Müharibəyə nifrət edirəm. Dua edirəm ki, bir daha heç kim ölməsin”.
Fələstinə dəstək verənlər də çoxdur. İspan kinematoqrafçıları Avropa İttifaqı ölkələrinin liderlərinə açıq məktubla müraciət edərək, İsrailin Fələstin ərazilərindəki əməliyyatlarını genosid adlandırıblar.
Həmin məktubu tanınmış rejissor Pedro Almodovar, həmçinin Hollivud ulduzu Penelopa Kruz və onun əri, aktyor Xavyer Bardem də imzalayıb.
Müğənnilər Rihanna, Selena Qomes, Zeyno Malik, aktyor Mayk Buffalo da Qəzza sakinləri ilə həmrəy olduqlarını sosial şəbəkələrdə qeyd ediblər.
İlqar
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi