Bilgi.az
Bu da oldu: İnsana donuz ürəyi köçürdülər - VİDEO
ABŞ-ın Merilend ştatında xəstəxanada dünyasını dəyişən 57 yaşlı ürək xəstəsinə son çarə olaraq donuz ürəyi köçürülüb.
Publika.az">Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Merilend Xəstəxanasından edilən açıqlamada ilk və yüksək eksperimental əməliyyatdan 3 gün sonra xəstənin vəziyyətinin yaxşı olduğu bildirilib.
Bunun onilliklər boyu davam edən axtarışda irəliyə doğru bir addım olduğu deyilib. Merilend Universitetinin Tibb Mərkəzinin həkimlərinin sözlərinə görə, genetik cəhətdən dəyişdirilmiş bir heyvanın ürəyini donor ən təhlükəli 48 saat ərzində rədd etməyib. Bununla yanaşı, artıq yeni ürək öz funksiyasının çoxunu yerinə yetirir.
Əməliyyatdan bir gün əvvəl donor David Bennett verdiyi açıqlamada bildirib ki, əməliyyata girmək onun üçün qaranlıqda vurulan bir zərbədir, lakin bu, onun son şansıdır.
Universitetin elmi direktoru Məhəmməd Mohiuddin qeyd edib ki, əgər bu, işləsə, əziyyət çəkən xəstələr üçün orqanların sonsuz ehtiyatı olacaq.
“Bu dəfə Merilend ştatında cərrahlar hüceyrələrində son dərəcə sürətli orqan rədd edilməsindən məsul olan şəkəri çıxarmaq üçün genləri dəyişdirilmiş donuzun ürəyindən istifadə ediblər”, - həkim bildirib.
Qeyd edək ki, 2021-ci ilin sentyabrında Nyu-Yorkdakı tədqiqatçılar ölmüş insan bədəninə donuz böyrəyini transplantasiya ediblər.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)





















.jpg)

.jpg)