Bilgi.az
Dünyanın ən nəhəng timsahı ilə 30 il yaşayan insan – FOTOLAR
On yeddi il təhlükəli heyvanları təqib etməklə məşğul olan ovçu 30 ildir dünyanın ən nəhəng timsahı ilə birlikdə yaşayır.
Avstraliyanın Qrin-Aylend şəhərindən olan 84 yaşlı Corc Kreyq 30 il bundan qabaq tutduğu 5,5 metr uzunluğu olan timsahla birlikdə yaşayır. Nəhəng alliqatora əfsanəvi boksçu olan Kasius Kleyin (Məhəmməd Əli) adı verilib.
Kişi gəncliyində 17 il timsah ovlamaqla məşğul olub. Kişi bir tondan çox çəkisi olan timsahı 1987-ci ildə Şimal çayından tutub.
Ovçular Kasiusu ovlayarkən timsah sağ ayaq və quyruğunun ucundan məhrum olub. Ələ keçməzdən əvvəl nəhəng timsah insanlar olan qayığa hücum edib. Bundan sonra Kasius insanlar üçün təhlükəli olub. Nəhəng timsahın mövcudluğundan xəbər tutan Corc nəhəng timsahın həyatını xilas etmək üçün onu ovlayaraq evində saxlamaq iddiasına düşür.
Kasius Corcun evində düz 30 ildir ki, yaşayır. Lakin kişi hər an timsahın ona hücum etmə ehtimalından da sığortalanmayıb.
Corcun nəvəsi Billi Kreyq timsaha qulluq etməkdə babasına yardım edir. Billi sosial şəbəkələrdə babası və timsahın birgə şəkillərini də yayımlayır.
23 yaşlı Bill deyir: "Corc Kasiusu şəxsən özü yemləyir. 30 il müddətində bir yerdə yaşadığı müddətdə babam nəhəng yırtıcıdan həzz alır".
Kasius Corcu tanıyır, lakin əlinə şərait düşərsə, timsahın onu yeməyəcəyini demək olmaz.
Nura
-
Magazin113:10
Mələkxanım Eyubovanın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO