Bilgi.az
Toyuqlar fermeri boykot etdi - İNANILMAZ OLAY
Türkiyənin Hakkari şəhərində böyük ümidlərlə toyuq ferması quran kəndlinin bütün arzuları puç olub.
Teleqraf.com xəbər verir ki, bir ay ərzində yumurtaları sataraq xərclərini ödəyən və bir il sonra qazanc əldə edəcəyini güman edən Halit Kavalın bütün planları alt-üst olub.
Belə ki, fermadakı bütün toyuqlar bir anda yumurtadan kəsilib. Türkiyənin "Anadolu" xəbər agentliyinə açıqlama verən Kaval ilk aylar hər şeyin öz axarında getdiyini deyib:
"Toyuqlar yumurtadan kəsildikdən sonra çox çətin günlər keçirdim. Bütün cəhdlərim boşa çıxdı. Baytarlar apardıqları müayinədən sonra heç bir xəstəlik aşkar etmədilər. Toyuqlar mənimlə tərsləşdiyi üçün yumurtalamadılar. Bu hadisələrdən sonra psixi sağlamlığım da yerində deyil. Bütün malımı-mülküm satıb toyuqlara keyfiyyətli yem aldım. Ancaq yenə də yumurtalamadılar. Bundan sonra toyuqları bir-bir satmağa başladım. Satışdan əldə etdiyim pulu da yemə xərclədim. Yenə heç nə dəyişmədi".
Yumurtadan kəsildiyinə görə satılan toyuqların təzə fermada yumurtladığını öyrənən kəndli şoka düşdüyünü deyib:
"Bu qədər əziyyət çəkdiyim toyuqlar satdıqdan sonra yumurtlayır. Toyuqlar mənlə inadlaşırlar. Buna görə də yumurtlamırlar. Bütün sərvətimi onlar yumurtalasınlar deyə xərclədim. İndi əlimdə heç nəyim qalmadı. Dövlətdən kömək gözləyirəm"
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri