Bilgi.az
Arıqlamaq qadının həyatını məhv etdi - FOTOLAR
Kristina Mayls toy günü 120 kiloqram idi. O da bütün gəlinlər kimi arıq və qamətli görünmək istəyirdi. Lakin Kristina arıqladıqdan sonra onun həyatı alt-üst olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyada yaşayan Kristina artıq çəkisinə görə utanc hissi keçirib. O, toy gününə qədər arıqlamağa qərar verib. Nəticədə, Kristina 57 kiloqram itirə bilib. Artıq çəkidən canını qurtarmasına baxmayaraq, qadının intim həyatı da məhv olub.
152 kiloqram çəkisi olan qadın 88 kiloqrama enə bilib. Lakin arıqlamaq 24 yaşlı Kristinanın ziyanına işləyib. Belə ki, arıqladıqdan sonra onun genişlənmiş dərisi sallaq görünməyə başlayıb. Özünün dediyi kimi, Kristinanın dərisi "yaşlı qadın dərisinə" çevrilib.
Kristinanın sözlərinə görə, indiki bədən forması ona heç də məmnunluq vermir. Əvvəla ona görə ki, Kristina belə sallaq bədənlə özünü heç də yaraşıqlı və cazibədar hiss etmir. İkincisi isə, Kristina utandığından bədənini ərinə göstərə bilmir.
Pəhriz saxlamaqla arıqlayan Kristina, evliliyini qoruyub saxlamaq üçün yenidən kökəlməyə cəhd edir. Artıq dərinin götürülməsi əməliyyatından imtina etdiyi üçün Kristinanın dərisində sallanma müşahidə olunub. O deyib: "Mən sanki dərimin məhbusuna çevrilərək həbsə salınmışam. İstəyirdim ki, toydan sonra yaxşı görkəmdə olum. Lakin arıqlamaq mənim həyatımı məhv etdi".
Kristina əri Eşli ilə münasibətlərini normallaşdırmaq üçün yenidən 150 kiloqrama kimi kökəlməyi üstün tutur.
Nura
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş

































