Brendlərin tarixi
Həyatında qadın və kişi olan məşhur milyarder – FOTOLAR
İllik 2,5 milyard dollar gəlirlə dünyanın ən böyük moda evi sayılır. “Brendin müştəriləri təkcə Hollivud ulduzları deyil. “Çelsi” futbol komandasının üzvləri də bu brenddən geyinir. Söhbət “Armani” brendindən gedir.
Publika.Az “Brendlərin tarixi” layihəsi çərçivəsində Giorgio Armani S.p.A şirkətinin necə yarandığını təqdim edir.
Sevgidən doğulan uşaq
Ecazkar “Armani” brendinin yaradıcısı Corc Armanidir. 1934-cü ildə İtaliyanın Şimalında dünyaya göz açan Corcun valideynləri – Uqo Armani və Mariya Raymond sevərək ailə qurublar. Belə ki, tanışlıqları Pyaçensa dram teatrında həvəskar tamaşada çıxış edərkən baş tutub. Arxivlərə görə, Uqo Armani dənizçi olub. Bəzlilərində isə onun əmək fəaliyyəti kimi mühasiblik göstərilib. Anası Mariya Raymonda gəlincə, əksər italyan ailələrində olduğu kimi evdar qadınmış. Yəni ev təsərrüfatını idarə edir, üç uşağının tərbiyəsi ilə məşğul olurmuş.
İncəsənətə maraq anasından keçir
Corcun incəsənətə marağı anası Mariya Raymonddan keçir. Tez-tez teatra gedən Mariya evdə kukla tamaşaları qururdu. Bu zaman kuklalar üçün geyimlərə cavabdehliyi balaca Corc daşıyırdı. O, öhdəliklərinə məsuliyyətlə yanaşaraq kostyumların eskizlərini çəkir, sonra tikirdi. Kiçik bacısı Rozana Armaninin xatirələrinə görə, rəfiqələri Corcun onun kuklası üçün tikdiyi kiçik dəri başmaqlara daim həsəd aparırdılar.
Həkimlikdən orduya və vitirin tərtibatçılığına
Valideynləri Corcun kənd həkimi olmasını istəyirdilər. O, onların bu istəyini yerinə yetirir. Tibb universitetinə daxil olur. Baloniya sistemində 2 il oxuduqdan sonra təhsilini yarımçıq buraxır. Çünki heç cür qana öyrəşə bilmir. Orduya üz tutan Corcun ümidləri burada da özünü doğrultmur, istefa verərək La Rinascente univermağında vitrinlərin tərtibatçısı kimi işə başlayır. Bu, onun moda dünyasına ilk addımı olur. Yeri gəlmişkən, həmin vaxtlarda bacısı ona çox köməklik edir. Belə ki, artıq Rozanna model kimi fəaliyyət göstərirdi və qardaşını dizaynerlərlə tanış edir. Corc elə o zaman anlayır ki, bütün ömrünü həsr edə biləcəyi işi tapıb.
Məşhur Corc Armani
1964-cü ildə 30 yaşlı Corc məşhur dizayner Nino Çeruttinin yanında işə düzəlir. Modaya özünəməxsus yanaşması olan Corcun istedadını sezən Çerutti onu geyimin necə yaradılmasını müşahidə etməsi üçün istehsal şöbəsinə göndərir. Bu, gələcəyin modelyerinin karyerasında misilsiz təcrübə olur. Corc məşhur Hitman kolleksiyasının yaradılmasında iştirak edir. Beləliklə, Fashion world-ə giriş bileti qazanır. 1966-cı ildə onun həyatında daha bir vacib görüş baş tutur. Tətil zamanı Sercio Qaliotti ilə tanış olur. Həmin tanışlıqdan sonra Qaliotti Milana köçür. Məhz Sercio Armanini öz kolleksiyasını yaratmağa ruhlandırır. 1970-ci ildə Armani İtaliyanın bir neçə moda evi üçün geyim modelləri hazırlayır. 1974-cü ildə ilk geyim kolleksiyasını “prêt-a-porter”ni (hər günü) nümayiş etdirir. Bu olay moda dünyasında gurultuya səbəb olur.
“Corcio Armani” şirkəti
1975-ci ildə Corc və Sercio “Corcio Armani” şirkətini qeydiyyatdan keçirirlər. Hazırda illik 2,35 milyard dollar qazanan bu şirkəti yaratmaq üçün zamanında Corc köhnə “Volkswagen”-ni satır. Milanın dar tinlərindən birində kiçik zirzəmi icarəyə götürür. Bu tandemdə rollarını dəqiq müəyyənləşdirirlər. Armani moda ilə məşğul olur, Qaliotti isə mühasibat , reklam işlərini həyata keçirir. Qarşılıqlı alın təri sayəsində onların işlərini qurmaq təşəbbüsləri alınır. 1975-ci ildə o, kişilər, növbəti ildə isə qadınlar üçün kolleksiyasını moda dünyasına təqdim edir. Bu kolleksiyalar daha çox klassik stildə olur.
Rokfeller mərkəzində baş tutan dəfilə
Möhtəşəm geyim və düzgün planlaşdırılmış reklam kampaniyası parlaq nəticələrə gətirib çıxarır. 80-ci illərin əvvəllərindən Arman filmlər üçün kostyumlar hazırlamağa başlayır. Eləcə də ABŞ bazarına hesablanan Armani Exchange və Giorgio Armani USA-yi yaradır.1980-ci ilin sentyabrında Nyu-Yorkda ilk dəfiləsini keçirir. Əfsanəvi Rokfeller mərkəzində baş tutan dəfilədə dostlar uğur, şöhrət, pul –istədikləri hər şeyi qazanırlar. ABŞ Armani Group-un ən böyük ixrac bazarına çevrilir. Armaninin işlərinə xüsusilə Hollivudda çox tələb yaranır. 1981-ci ildə Corc Armani artıq sport stildə geyimlərini – Emporio Armani və Armani Jeans kolleksiyasını təqdim edir. 1982-ci ildə Armani qadın ətri, iki il sonra kişi ətri istehsal edir. 1986-cı ildə mobil telefon modeli olan Notturno, o cümlədən gün eynəkləri ərsəyə gətirilir. 1987-ci ildə Armani Occhiali eynəkləri buraxılır.
“Çelsi” futbol klubunu geyindirir
1994-cü ildə dağ xizək idmanı üçün geyimləri, 1996-cı ildən qış idman geyimləri, Çelsi klubu üçün kostyumlar, britaniyalı idmançılar üçün formalar, qolf üçün geyimlər və s. hazırlanır. Armani 2006-cı ilin Qış Olimpia Oyunlarında İtaliya turnirində bayraqçıların idman formalarının dizayneri olur.
Sercio Qaliott QİÇS-ə yoluxur
Bu arada onu da qeyd edək ki, 1984-cü ildə Sercio Qaliott xəstələnir. Həkimlər ona QİÇS diaqnozu qoyurlar. Qaliotti 1985-ci ildə dünyasını dəyişir. Çoxları Corcun sınacağını, həvəsdən düşəcəyini düşünsə də Sercionun ölümündən bir neçə ay sonra təqdim olunmuş kolleksiya böyük müvəffəqiyyət qazanır.Modelyer bütün dünyaya özünün də şirkəti idarə edə bildiyini göstərir.
İtalyan kişilərini geyindirmək arzusu...
Armani hələ univermaq vitrinlərində manekenləri geyindirdiyi vaxtlarda italyan kişilərini geyindirmək kimi arzu ilə yaşayırdı. Tale ona belə bir imkanı yaradır da. Onu da bildirək ki, məhz ilk kişi kolleksiyası ilə bağlı uğurundan sonra Corc Armani artıq qadınları da geyindirə biləcəyinə dair qərara gəlir. O, işləyən qadınlara ilk diqqət yetirən modelyer olur. Qadın modasına kişi kostyum elementləri əlavə edərək, uşaqlıqdan gördüyü, sevdiyi obrazı – sadə, zərif və nəfis obrazı yaradır.
Armani moda evinin stili
“Minimalistlik və sadəlik” – bu, Armani moda evinin əsas fikri, konsepsiyasıdır. . Modelyerin öz tərzi, stili var. Bu 3 qızıl qaydada birləşir. Artıq-urtuq heç nə, eleqantlıq və rahatlıq. Bu qaydalar tək geyimdə yox, eləcə də eynəklərdə də (eləcə də digər xırdavatlar) keçərlidir. Corc Armani hər zaman ən optimal üsullara əl ataraq eleqantlıq və incəliyi, sadəlik və rahatlıqla birləşdirərək gözəl geyimlər hazırlayır. Onun kolleksiyalarında çəhrayı, qırmızı (gecə geyimləri istisnadır) rəngə rast gəlmək mümkün deyil. Çünki daha çox qara, ağ, tünd- göy, boz və bej rənglərinə üstünlük verir.
Biznesi
Corc Armani öz kompaniyasının direktoru, prezidenti və yeganə səhmdarıdır. Hazırda Armani imperiyasına geyim istehsal edən 13 fabrik, dünyanın hər yerində 2000-dən çox dükan, ətir istehsal edən zavod, ev üçün aksessuarlar və mebel fabriki, Dubayda “Giorgio Armani oteli daxildir. Bütün bunlardan iş adamının illik gəliri 850 milyard dollar təşkil edir.” Giorgio Armani” şirkətinin gəliri isə 2,35 milyard dollar olub. Corc Armani dünyada öz brendini seqmentlərə bölən dizaynerdir. Paltarlar, aksessuarlar, zinyət əşyaları Giorgio Armani, Emporio Armani, Armani Exchange, Armani USA, Jeans, Armani Junior, Armani Casa brendləri altında istehsal olunur. Ətirlər, parfumeriya isə “L’Oreal”la müqavilə əsasında bu brendin zavodunda ərsəyə gətirilir.
Armani həm də dünya ulduzlarının ən çox müraciət etdiyi markadır. “Oskar” mərasimlərində iştirak edən kişi aktyorlarının 90 faizinin geyimi “Armani”dəndir. Düzdür, Corc Armaninin qadın geyimləri kolleksiyası azdır. Bununla belə onlar dünyanın ən gözəl bədənlərinin (Monika Beluççi, Mişel Pfayffer, Umi Turman, Liv Tayler Armaninin alıcılarıdır) üzərindədirlər. Hətta Sofi Loren belə 20 il alıcısı olduğu “Valentino”nu “Armani”yə dəyişib.
Platardan qazanılan milyardlar
2001-ci ildə Armaninin sərvəti 1,7 milyard dollar, 2002-ci ildə 2,8 milyard dollar təşkil edib. 2008-c ildə maliyyə böhrani ilə əlaqədar iş adamı 2 milyard dollar itirib. 2013-cü ildə isə “Forbes” onun sərvətini 8,5 milyard dollar qiymətləndirərək 131-ci sırada göstərib. Onu da bildirək ki, bu vəsait Corc Armaninin qohumları olan varislərinə –Silvana və Roberta Armanilərə qalacaq.
Əmlakı
Dizaynerin Milanda yerləşən 18-ci əsr memarliq uslubuna aid 25 otaqli villası ən çox yaşadığı evidir. Villadakı otaqların dizaynı, otaqların rəng tonları Corcoi Armaninin kolleksiyasının tam əksidir. Əgər kolleksiyada qara, boz rənglər üstnlük təşkil edirsə, villada otaqların divar kağızı əsasən cəhrayıdır. Evdə yeganə Corcio Armaninin iş otağı minimalist stildədir.
Şəxsi həyatı
Corc Armani heç vaxt evli olmayıb. 76 yaşındadır və hələ də subaydır. Bu yaxınlarda o, biseksual olduğunu etiraf edib: “Həyatımda qadınlar olub. Amma kişilər də olub. Düzdür, siz mənim etirafımdan şok ola bilərsiniz. Lakin əgər moda dünyası kimi daim dəyişən biznesdə fəaliyyət göstərirsinizsə, komplekslərdən azad olmalısınız”.
Leyla Əliyeva
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto