Cinayət dünyası
Dünyanı “Qanlı əllər”lə idarə edən 13 kriminal avtoritet - FOTOLAR
Dünyanı idarə edənlər arasında siyasətçilər,
biznesmenlər və hərbiçilərlə yanaşı, başqa zümrə də var: "Qanuni
oğru" (Vor v Zakoni), yaxud kriminal avtoritetlər. Onlar "yeraltı
dünya"nı nəzarətdə saxlayır və daim nüfuz dairəsi uğrunda bir-biri
ilə sözün əsl mənasında qanlı müharibə aparırlar.
Publika.az dünyanı idarə edən "qanuni oğru"ların
kimliyini araşdırıb.
Şarko Maladoy (Rusiya)
Əsil adı Zaxari Kalaşov olan Şarko Rusiya daxil olmaqla, əsasən
postsovet məkanına nəzarət edir. Şarko 2003-cü ildə İspaniyada
yaşamağa başlayıb. Orada "On birlərin klanı" adında gürcü-rus
mafiyasına liderlik edib. 2005-ci ildə İspaniya polisinin keçirdiyi
əməliyyat nəticəsində çoxsaylı "qanuni oğru"lar həbs olunsa da,
Şarko Dubaya qaçmağı bacarıb. Lakin bir il sonra onu həbs edib
İspaniyaya gətirirlər. 2010-cu ilə qədər davam edən məhkəmə
prosesində "qanuni oğru"ya 7 il həbs, 20 milyon avro cərimə hökmü
çıxarılır.
MDB-də kriminal aləmin ağsaqqalı olan Ded Xasan öldürüldükdən
sonra, Rusiyaya dönən Şarko Maladoy onun varisi olaraq bölgəyə
nəzarəti ələ alıb. Rusiya hüquq-mühafizə orqanları Şarkonu
"kriminal aləmin kralı" olaraq qeyd edirlər. Bu il yenidən həbs
edilən Şarko ömrü boyu barmaqlıqlar arasında qala bilər. Hələlik
məhkəmə prosesi gedir. Lakin o, həbsxanaya düşsə də, krallığını
yenə davam etdirəcək.
Matteo Messina Denaro (İtaliya)
Siciliya mafiasının liderlərindəndir. "Diabolik", yaxud "Roleks"
təxəllüsü ilə tanınır. Matteo Salvadore Lo Pikkolonun həbsindən
sonra, 2007-ci ildə Siciliya mafiasının bir nömrəli liderinə
çevrilib. 1993-cü ildən etibarən polisdən gizlənir. "Mənim
öldürdüyüm insanlarla bir qəbiristanlığı doldurmaq olar"
sözləri ilə məşhurdur.
Keniti Sinoda (Yaponiya)
O, Yaponiyanın "Yamaquti-qumi" mafiasına rəhbərlik edir. 27,7
min üzvü olan qruplaşma ən böyük mafia klanlarından hesab olunur.
1962-ci ildə kriminal karyerasına başlayan Keniti hazırda öz
qruplaşması daxilində nüfuz dairələrinin bölüşdürülməsi
mübarizəsində iştirak edir.
İsmael Zambada Qarsiya (Meksika)
"El Mayo Zambada" ləqəbi ilə tanınan "qanuni oğru" Meksikada
narkotika ticarətinə rəhbərlik edir. O, dəfələrlə həbsxanaya düşüb.
Özü olmayanda, bütün işlərə birinci müavini nəzarət edir.
Davud İbrahim (Hindistan)
Hindistanın "D-Company" adlı ən qüdrətli kriminal klanının
rəhbəri olan Davud İbrahimin əsil adı Şeyx Davud İbrahim Kaskardır.
O, 1955-ci ildə anadan olub. Terrorçuluq, cinayətkar qruplaşma
yaratmaq və digər cinayətlərə görə İnterpol xətti ilə axtarışdadır.
Onun sərvəti 6-7 milyard dollar həcmində qiymətləndirilir. Bəzi
məlumatlarda isə bu sərvətin 20 milyard dollar olduğu deyilir.
Çanq An-lo (Tayvan)
Tayvan mafiasının lideri "Ağ canavar" ləqəbi ilə tanınır.
2013-cü ildə böyük girov qarşılığında azadlığa buraxılıb. "Ağ
canavar" siyasətə də qarışır və Çinlə Tayvandın birləşməsinin
tərəfdarı kimi çıxış edir.
İshak Aberdjil (İsrail)
İsrailin ən təhlükəli kriminal avtoriteti sayılan İshak
"Aberdjil" mafia klanına rəhbərlik edir. O, qətl, narkotik
maddələrin satışı, qumar və çirkli pulların yuyulması cinayətlərinə
görə həbsxanadadır. Lakin barmaqlıda olmasına baxmayaraq, bu, onun
öz klanını idarə etməsinə mane olmur.
"Komissiya" (bütün Amerika mafiasını idarə edən
orqan)
"Komissiya"nın ilk iclası 1931-ci ildə, son iclası isə 1985-ci ildə keçirilib. Qruplaşma üzvləri hazırda əyani şəkildə görüşə bilməsələr də, onlar müasir üsullarla öz addımlarını bir-biri ilə uyğunlaşdıra bilirlər.
"Komissiya"nın tərkibinə Nyu-Yorkun beş "mafia ailəsi" – Bonanno, Qambino, Cenoveze, Kolomb və Lukezze daxildir. Həmçinin, "Çikaqo mafiası" "Komissiya"da təmsil olunur. "Komissiya"ya Amerikanın məşhur kriminal avtoritetləri Stiven Krea, Domeniko Çefalu, Persiko Karmini, Liborio Vellomo, Maykl Mankuzo və Con Difronso rəhbərlik edir.
Asif
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA