“Bossların bossu” öldü
Bizi izləyin

Cinayət dünyası

“Bossların bossu” öldü

“Bossların bossu” öldü

Meksikanın ilk böyük narkotik kartellərindən birinin qurucusu, "Bossların bossu" ləqəbli Miguel Anxel Feliks Qalyardo 80 yaşında ölüb.

Publika.az xəbər verir ki, CNN-in məlumatına görə, o, Qvadalxara şəhərindəki özəl xəstəxanaya köçürülsə də, çoxsaylı orqan çatışmazlığından əziyyət çəkib .

Qalyardo 1985-ci ildə ABŞ-ın narkotiklə mübarizə agentinin qətlində təqsirli bilindikdən sonra ölkənin ən məşhur narkotik qaçaqmalçılarından birinə çevrildi. O, yüz minlərlə insanın ölümünə və itkin düşməsinə səbəb olan narkotik kartelləri arasında bir sıra müharibələrə səbəb olduqdan sonra 1989-cu ildən bəri həbsdə idi.

"Bossların bossu"nun hekayəsi haqda 2018-ci ildə “Netflix”də yayımlanan "Narcos: Mexico" serialında danışılıb. Əvvəlcə o, yerli qubernatorun polis məmuru və cangüdəni kimi çalışıb, daha sonra isə güclü cinayətkar bossa çevrilib.

Feliks Qalyardo Qvadalaxarada kartel qurub və ABŞ-a ilk irimiqyaslı kokain tədarükçüsü olub. O, həmçinin Pablo Eskobarın karteli və digər Kolumbiyalı narkotik lordları ilə ittifaq qurub.

Qalyardonun narkotik imperiyası rüşvət və qitə boyunca narkotik daşımaq üçün yüngül təyyarələrdən istifadə hesabına böyüyüb.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm