Cinayət dünyası
Ana morqda oğlunun cəsədini gördükdə şoka düşüb - Həkimlər orqanlarını çıxarıb
18 yaşlı oğlu Deymonun ölüm xəbərini məzuniyyətdə olarkən alan 42 yaşlı Andrea Mauk morqa gedəndə daha böyük şok yaşayıb.
Publika.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.
Qadının sözlərinə görə, həkimlər onun oğlunun orqanlarını ailənin razılığı olmadan çıxarıblar. O, morqda oğlunun gözlərinin də götürüldüyünü görüb.
“Mən tamamilə sarsılmışdım. Oğlumun bədəninin bəzi hissələri götürüldükdən sonra ona baxa bilmirdim. Onun gözlərini də oyub çıxarmışdılar. Mən Deymonu belə xatırlamaq istəmirdim”, - deyə Andrea bildirib.
Qadın qeyd edib ki, xəstəxanada təcili əlaqə üçün əsas şəxs kimi qeyd olunmasına baxmayaraq, onunla əlaqə saxlamayıb. Üstəlik, Deymon orqan donoru kimi qeydiyyatda olmayıb.
Sonradan məlum olub ki, orqanların götürülməsinə icazəni gəncin bioloji atası verib. Andrea isə həmin şəxsin oğlunun həyatında demək olar ki, iştirak etmədiyini bildirib.
Müəllif: Adəm
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?




































.jpg)
