Cinayət dünyası
“Oğru dünyası”ndakı döymələrin İNANILMAZ SİRLƏRİ - FOTO
Döymələr həbsxana həyatının ayrılmaz hissəsidir. Bu döymələrdən məhbusun həyatını da oxumaq olur. Adətən məhbusun bədənindəki döymələr “polis üçün pasport” sayılır.
Publika.az cinayət aləmindəki döymələrin mənasının təqdim edir:
Dəniz qulduru: Bu soyunğuçuluğa işarədir. Soyğunçular həmçinin, kəllə və xəncər döymələrindən də istifadə edirlər. Bu döymələr son dövrlər dəbə minib.

Ayı təsviri: Bu seyf oğrularının döyməsidir və ayı ovçusu mənasını verir.

Açarlı pişik: Bu döymə mənzil oğrularına xasdır. Bununla yanaşı, cibgirlərin də özünəməxsus döymələri olur. Onlar adətən tarakan, arı kimi həşarataları seçirlər. Lakin son dövrlər bundan çəkinirlər. Çünki belə döymələr cibgirləri ələ verir.

Barmaqlıqlar, yaxud tikanlı məftillər arasında qızılgül: Belə döymələr azyaşlı vaxtdan həbsxanaya düşən məhbuslara aiddir. Bu, ömrünün ən gözəl günlərinin həbsxanada keçirilməsi mənasını daşıyır.

Qucağında körpə olan Məryəm: Bu, “mənim evim həbsxanadır” mənasını daşıyır. Hazırda məhbuslar arasında dini motivli döymələr məşhurdur. Hətta müsəlman məhbusların da dini döymələrdən istifadə etdiyi deyilir.

Oğru ulduzları (səkkizgüşəli ulduz): Əvvəllər bu, həbsxanada nüfuzun göstəricisi hesab olunurdu. Lakin son dövrlər bütün məhbusların belə döymələrdən istifadə edə bildiyi deyilir. Həbsxana həyatının tədqiqatçıları bildirirlər ki, bu gün çoxlu döymələri olanlar adətən axmaqlar sırasında yer alır. Yəni əvvəllər olduğu kimi, indi çoxlu döymələrə sahib olan məhbus o qədər də hörmət sahibi sayılmır. SSRİ dövründə isə oğru ulduzları fərqli mənaya sahib idi. Bu, “heç vaxt paqon daşımayacam”, yaxud “polisin qarşısında diz çökməyəcəm” demək idi. Bu oğru ideologiyası idi. Əgər “oğru dünyası”na aid olmayan məhbus belə döymə vururdusa, buna görə mütləq cavab verməli olurdu. 90-cı illərdən başlayaraq, bu döymələri əksər məhbus vurmağa başladı. Tədqiqatçılar bildirir ki, bu gün həbsxanada “döymə üçün cavab verilmir” prinsipi hökm sürür.

Üzüklər: Bu döyməni daşıyan məhbuslar da kiçik yaşlarından həbsxanaya düşənlərdir. Belə döymə üzüklər müxtəlif olur, lakin ümumi mənası eynidir.

Yelkənli gəmi: Bu qaçışın simvoludur. Bu döymə onu bildirir ki, məhbus azadlığa can atır.

Günbəzli məbəd: Ən çox yayılan döymələrdən hesab olunur. Məhbus həbsxanaya düşərkən məbədin üzərində gümbəz döymələri vurur. Azadlığa çıxana qədər bu davam edir. Bu, məhbəsdə olduğu müddəti göstərir.

Asif
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
























.jpg)











