• USD 1,7000 0,00% EUR 1,9550 -0,51%
    • GBP 2,2267 -0,57% RUB 0,0259 -0,39%

Həbsxana həyatı ilə bağlı İNANILMAZ HƏQİQƏTLƏR: alçaldılmışlar, “çuşkalar” və...

Həbsxana həyatı ilə bağlı İNANILMAZ HƏQİQƏTLƏR: alçaldılmışlar, “çuşkalar” və...

Cəzaçəkmə müəssisələri nəinki dövlətin qanunvericiliyinə, həmçinin təcridxanaların öz yazılmamış sərt qanunlarına əsasən idarə olunur. Aparıcı rolu isə cinayət aləminin sərt qaydaları oynayır. Bu qaydalara əsasən məhbus sərt sinifi bölgüyə məruz qalır. Cinayət aləmində siniflər kast adlanır. Əgər bir sıra kastlar dərin hörmətlə qarşılanırsa, bəziləri təhqir olunub, alçaldılmağa məhkumdurlar.

Publika.az-ın xəbərinə görə, psixoloqlar etiraf edirlər ki, sovet dövründə olan türmə anlayışı ilə müasir təcridxanalar arasında böyük fərq var. Bu illər ərzində müəssisələrdəki həyat tərzi də kifayət qədər dəyişib.

“Qaralar” və “qırmızılar”

Kastalar haqda danışmazdan öncə həbsxanalardakı “qırmızılar” və “qaralar” anlayışına aydınlıq gətirmək lazımdır. “Qırmızılar” məhbusları idarə edən həbsxana nəzarətçiləridir. Onlar kameralarda tam “səliqə-səhman” yaratmaq üçün ən sərt yollara əl atırlar. “Qaralar” isə təcridxana nəzarətçilərinin məhbuslarla birgə idarəçiliyi anlamına gəlir.

“Kozyollar”

Ən yüksək rütbə “blatnoylar” sayılır. Onlardan sonra isə “mujıklar” gəlir. Mujıklar peşəkar cinayətkarlardır. Öz cəzalarını çəkəndən sonra yenidən normal həyata qayıtmaq məcburiyyətindədirlər. “Mujık” adı verilən bu insanlar qanunlara hörmətlə yanaşır, hakimiyyətə iddia etmirlər. Onların ardınca isə “kozyollar” gəlir. “Kozyollar” açıq sürətdə türmə rəhbərliyi ilə iş birliyində olur. Çox vaxt komendant vəzifəsini tutur. “Qaralar” “kozyol”ları sevmir, onları öz əhatələrinə qəbul etmirlər. Onların arasında bu kateqoriyaya aid olmayan insana “kozyol” demək böyük təhqir sayılır.

“Zibillər”

Bu sinifə vaxtilə polis işçisi olub, sonradan cinayət törədən insanlar aid edilir. Onlarla danışmaq hətta toxunmaq belə qadağandır. Zibilləri öldürmək isə, daha böyük kateqoriyaya yüksəlmək deməkdir.

“Yunlar”

“Yun” adətən qaydalara riayət etməyən məhbuslara deyilir. Onlar adətən həbsxana rəhbərliyilə əməkdaşlıq edir, öz kamera yoldaşlarını döyür və zorlayrlar. Bu zümrənin adı Stalin düşərgələrindəki aktivistlərə verilən yun gödəkçələrdən qaynaqlanır.

“Alçaldılmışlar” və “petuxlar”

Bir qayda olaraq bu zümrəyə layiq görülən məhbuslar başqa kateqoriyaya keçmək hüquqları olmur. Onları adətən “alçaldılmışlar”, “petuxlar” və s. kimi adlandırırlar. Bu kateqoriyaya aid olunan məhbuslar heç bir haqqa sahib olmurlar. Bu insanlar çox vaxt seksual azlığa mənsub olan şəxslərdir. Onlar kameralardakı ən natəmiz işləri görürlər. Ayaqyolu təmizləyir, məhbusların paltarlarını yuyurlar. “Alçaldılmışlar” və “petuxlar”a cinsi münasibət xaricində toxunmaq və bir masa arxasında oturmaq qadağandır.

“Çuşkalar”

Bir sıra zonlarda bu kasta da alçaldılmışlara tay tutulur. Onlar yuyunmur, təmizliyə riayət etmirlər. “Çuşkalar”la bir masa arxasında oturmaq, onlarla ünsiyyətdə olmaq düzgün sayılmır.

Leyla Sarabi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>