Cinayət dünyası
“Lotu Quli”nin həbs xəbəri TƏSDİQLƏNDİ - Saxlanılıb, amma... - TƏFƏRRÜAT
Kriminal aləmdə “Lotu Quli” adı ilə tanınmış 45 yaşlı azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun Çernoqoriyada saxlanılması barədə xəbər Rusiyanın məşhur “Praymkraym” saytı tərəfindən də təsdiqlənib.
Adı çəkilən saytın məlumatına görə, “Lotu Quli” saxlanılıb, amma bir gün sonra məhkəmənin qərarı ilə sərbəst buraxılıb.
Həmin məhkəmə “Lotu Quli” ilə birgə saxlanılan qohumu Məhəmməd Qurbanovun isə Rusiyaya ekstradisiyası barədə qərar qəbul edib.
Hər iki şəxs Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin xətti ilə beynəlxalq axtarışa verilib. Səlifov və Qurbanov Rusiyada adam qaçırma maddələri ilə ittiham olunurlar.
Ümumiyyətlə, 45 yaşlı “qanuni oğru” “Lotu Quli”nin adında qeyri-rəsmi olaraq Rusiyada bir sıra cinayətlər yatır. Ən maraqlısı isə bu qeyri-rəsmi cinayətlərin Səlifov tərəfindən Azərbaycanda həbsdə olduğu müddətdə işləndiyi iddia olunur.
“Praymkraym”ın məlumatına görə, “Lotu Quli” ümumiyyətlə, qanunlara laqeyd yanaşması ilə tanınır. Belə ki, instintaqın iddiasına əsasən, o, öz “qurbanları”na hətta həbsdən belə şəxsən zəng etməkdən çəkinmirmiş.

Nadir Səlifovun digər ölkələrdə saxlanılması isə daha maraqlı bir mövzudur. İnterpolun məlumatına görə, o, mayın əvvəlində Birləşmiş Ərəb Əmirliklərində saxlanılıb. Təbii ki, bir müddət sonra yenidən azadlığa buraxılıb. Rusiya tərəfi isə onun azadlığa buraxılmasının səbəbləri barədə hələ də cavab ala bilməyib. Bundan əvvəl isə həbsdən azad olunandan sonra Səlifov Türkiyəyə üz tutub. Keçən ilin oktyabrında o, Türkiyədə qeydə alınsa da, yenə də Rusiya DİN-nin böyük təkidlərinə baxmayaraq, həbs edilməyib.
“Lotu Quli”nin Çernoqoriyada olması ilə bağlı bəzi iddialar ortaya atılıb. Bu iddialara görə, burada onun 23 illik həbsdən sonra azadlıqda ilk ad günü münasibəti ilə “qanuni oğru”ların böyük “sxodka”sı planlaşdırılır.
Qeyd edək ki, digər “qanuni oğru”ların xaricdə həbs edilib sonradan Rusiyaya ekstradisiyası fonunda Nadir Səlifovun azadlığa buraxılması onun avtoritetinin necə artdığını göstərir. (modern.az)
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi





































