Cinayət dünyası
Lotu Quli Rusiyadan bu qədər XƏRAC ALIRMIŞ: Səlifovun sensasiyalı ƏMRLƏRİ ÜZƏ ÇIXDI
Dünən İstanbulda gerçəkləşdirilən əməliyyatda Lotu Quli (Nadir Səlifov) adı ilə tanınan qanuni oğru həbs edildi. Lotu Quli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin İstanbulda təşkil etdiyi əməliyyat nəticəsində saxlanılıb.
Nadir Səlifov "Milliyət" nəşrinin yazdığına görə, qanuni oğru Türkiyə Cinayət hüququnun iki maddəsi üzrə sorğulanır. Birincisi, iki il əvvəl onun azərbaycanlı avtoritet Rövşən Caniyevin qətlində onun əlinin olub-olmaması ilə bağlıdır.
İkincisi, onun Rusiyada axtarışda olması, Rusiya bazarlarında işləyən azərbaycanlılardan pul toplaması ilə bağlıdır.
Səlifovun Rusiya mətbuatında çıxan bir xəbərdən sonra nəzarətə götürüldüyü iddia olunur. Söhbət "Rambler.ru" adlı internet saytında gedən "Türkiyədəki oğru Rusiyada xərac yığır" başlıqlı xəbərdən gedir.
Publika.az xəbər verir ki, Səlifovun Rusiya bazarlarında işləyən azərbaycanlılardan pul toplaması ilə barədə iddia həmçinin, “Rosbalt” agentliyində dərc olunan “Qanuni oğru Lotu Quli internet-reketçiliklə məşğul olur” başlıqlı yazıda səsləndirilib.
Yazıda qeyd edilir ki, Nadir Səlifovun Rusiya üzrə qalibiyyət yürüşü davam edir. Bildirilirdi ki, bu günlərdə son fəth edilməyən obyekt - Azərbaycandan gəlmələrin böyük miqdarının çalışdığı və Kaluqa şosesində yerləşən böyük topdan satış bazarı da fəth edildi. Bazara son ana qədər Rövşən Canıyevin qruplaşması nəzarət edirdi, amma qruplaşma onu tamamilə tuta bilmədi. “Rosbalt” qeyd edir ki, burada işləyən böyük biznesmenlər xərac ödəməlidir.
Qeyd edilir ki, Səlifov qısa müddət ərzində azərbaycanlı biznesmenlərə və ən gəlirli obyektlərə xərac qoymağı bacarmışdı. Ən maraqlısı odur ki, Lotu Quli axtarışda olmasına baxmayaraq, biznesmenlərlə videokonfrans vasitəsilə şəxsən ünsiyyət saxlayırdı. Agentliyin mənbəyinin sözlərinə görə, Səlifovun idmançı adamları on biznesmeni eyni vaxtda toplayırlar. Sonra onların qarşısında noutbuk açılır və videokonfrans vasitəsilə Lotu Quli ilə ünsiyyət qurulur.
Yazıda ən diqqətməkən məqam isə azərbaycanlı avtoritetin qoyduğu xəracın məbləği ilə bağlıdır.
“Videokamera vasitəsilə o biznesmenləri müşahidə edir. Sonra qanuni oğrunun təxminən belə bir monoloqu olur: “Sən aylıq iki milyon rubl (təxminən 26,5 min dollar) ödəyirsən, sən həmçinin iki milyon, sən 3 milyon (təxminən 40 min dollar). Amma unutdum ki, sənin qardaşın də həmçinin biznesdədir. Onda sizin ailəniz 4 milyon (təxminən 53 min dollar) ödəyəcəksiniz”, - agentliyin həmsöhbəti videokonfransda qeydə alınan söhbəti danışıb.
Onun sözlərinə görə, sözügedən məbləğlər müzakirəyə çıxarıla bilməz.
Ömər
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik macəra da ola bilər
-
Hadisə24 Noyabr 23:36
Faciəvi şəkildə ölən Süleymanın FOTOSU
-
İdman24 Noyabr 23:00
Qurbanov yeni "Qarabağ" yaradır
-
Səhiyyə24 Noyabr 22:00
Sumqayıtda bu həkimə YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO
-
Mistika24 Noyabr 21:12
Bakıda bu ərazilər PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
Region24 Noyabr 20:48
Ərdoğan NATO lideri ilə görüşəcək - Masada 3 əsas məsələ var
-
Magazin124 Noyabr 20:12
Natavan Həbibi bacısını axtarır
-
Cənubi Qafqaz24 Noyabr 20:00
Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdılar - VİDEO