Cinayət dünyası
"Quli" soyadını dəyişdi - Artıq o, Səlifov deyil
Bu ayın 8-də İstanbulda saxlanılmış, 18-də azad edilmiş, 22-də isə yenidən tutuqlanmış "Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun barəsində yeni məlumatlar var.
Musavat.com Türkiyədə yaşayan etibarlı mənbəyə istinadən bildirir ki, "Quli" İstanbula yerləşdikdən sonra rəsmi qaydada soyadını dəyişməklə yeni sənədlər əldə edib. Yeni sənədində o, soyadını "İsmayılov" kimi qeyd etdirib.
22,5 il Azərbaycanda həbsdə yatmış, barəsində minlərlə yazı yazılmış "Quli"nin bu addımı atmasının səbəbi, güman ki, beynəlxalq marşrutlarda hərəkət edərkən, bir ölkədən başqa ölkəyə keçərkən sərhədlərdə problem yaşamamasını istəməsi üzündən olub.
Nadir İsmayılovun sənədindəki bu yenilik onun oktyabrın 18-də İstanbul 2-ci sülh-cəza məhkəməsində aparılan mühakiməsi zamanı bəlli olub.
Onun məhkəməyə verdiyi ərizədə ad-soyadı "Nadir İsmayılov" kimi qeyd olunub. Nadir İsmayılovun vəkili Emin Canacankatan müvəkkilinin dərhal azad edilməsi üçün ərizə verib və ayın 18-də N.İsmayılov sərbəst buraxılıb.
İndilikdə N.İsmayılovun oktyabrın 22-də yenidən saxlanılmasının səbəbi bilinmir.
Ancaq böyük ehtimalla bu, əvvəlki ittihamlarla bağlıdır.
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar












.jpg)


























