Cinayət dünyası
Meksikanın məşhur narkobaronu öldü
Meksikanın məşhur narkobaronu Ektor Beltran Leyva infarkt nəticəsində ölüb.
Publika.az “RİA-Novosti” agentliyinı istinadən xəbər verir ki, bu haqda Meksikanın Daxili İşlər Nazirliyi bildirib.
Məlumata görə, 56 yaşlı Beltran Leyva bazar günü “Altiplano” həbsxanasından sinə nahiyəsində güclü ağrılarla Toluka şəhərinin hospitalına çatdırılmışdı, amma həkimlər onun həyatını xilas edə bilməyiblər.
“Beltran Leyva” kartelinin liderlərindən olan narkobaron 2014-cü ildə tutulmuşdu. Meksika Xarici İşlər Nazirliyi onun 2016-cı ildə cinayətdə itiham olunduğu ABŞ-a verməyə razılaşmışdı. Ancaq 2017-ci ilin aprelində bu qərar prosessual pozuntularla əlaqədar ləğv edilib.
Vaxtilə Alfredo, Ektor, Arturo, Mario və Karlos qardaşları “El Çapo” ləqəbli meksikalı narkobaronu Xoakin Qusmanın başçılıq etdiyi “Sinaloa” narkokarteldə əsas fiqurlar idilər. Sonra Beltran Leyva qardaşları Meksikanın kriminal aləmində lider mövqelərdən birini tutan ayrı kartelə ayrıldılar. 2009-cu ildə kartelin lideri Arturo Beltran Leyva Kuernavaka şəhərində Meksikanın dəniz piyada qoşunu ilə atışmada öldürülüb.
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar












.jpg)


























