Cinayət dünyası
Qadın həbsxanaları ilə bağlı İNANILMAZ FAKTLAR
Cinayət qalaktikasında qadın türmələri adlı planet var. Bütün dünyanın alışdığı cinayət qanunları həmin planetdə keçərli deyil. Yazılmamış sərt qanunlara hər bir qadın əməl etmək məcburiyyətindədir. Məsələn hər bir kamerada “böyük” deyilən ən hörmətli bir nəfər olmalıdır. O, qadağan olunmuş əşyaların kameraya girməməsi üçün çalışmalı, və səhmanı digər qadınlara da aşılamalıdır.
Publika.az xəbər verir ki, qadınlar kişilərdən fərqli olaraq dava, soyğun kimi cinayətləri daha az törədirlər. Bu baxımdan qadın türmələrində vəziyyət fərqli olur. Daha çox məişət zəminində baş vermiş cinayətin müəllifinə çevrilirlər. Bu isə qadınların emosiyalarına qapılıb hiddət anında bəzən şüurlu düşünmədikləri ucbatından baş verir. Qadın zorakılığının qurbanı adətən ərləri, sevgililəri, hətta ərlərinin məşuqələri olur. Qadınlar kameraya düşəndə kişilər kimi liderlik uğrunda mübarizə də aparmırlar. “Böyük” sayılanın köməkçiləri də olur. Hətta “ailə” deyilən bir anlayış da var. Bu heç də isti doğmalıq münasibəti deyil. Sadəcə gələn ərzaqlar, kosmetik vasitələr bölüşdürülür. Adətən bir kamera 40-60 nəfərlik olur. Kameranın ən yuxarı küncündə cəmi bir çarpayı olur ki, orda da böyük yatır. Boyük və köməkçiləri mətbəxdə olduqları müddətdə qızlara giriş qadağandır. Onlara həmçinin kamerada söymək qadağası da var. Bəzən qadınların arasında intim münasibət də formalaşa bilər ki, bu da türmə həyatı üçün normal sayılır.
Leyla Sarabi
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
























.jpg)











