Cinayət dünyası
Yapon həbsxanaları ilə bağlı DƏHŞƏTLİ FAKTLAR - Amerikalı məhbusun SENSASİON ETİRAFLARI
Yapon türmələrində adətən səssizlik, səliqə və təhlükəsizlik hökm sürür. Buna baxmayaraq, hətta ən cəsur “samuray”lar belə həbsə düşməkdən cəhənnəm kimi qorxurlar.
Publika.az xəbər verir ki, yapon türmələrini əhali "cəhənnəm dəliyi" adlandırır. Çünki bu ölkənin həbsxana həyatı əsrlərdir ki, öz sərtliyi ilə seçilir. Ən xırda yanlış böyük cəza ilə nəticələnir.
Gündoğan ölkədə cinayət işləyib, həbsə girən əcnəbilərinsə cəzası ikiqat artır. Həbs həyatının ilk günündən etibarən məhbusun qarşısına yüzlərlə maddədən ibarət sənəd qoyulur. Bir neçə il bundan əvvəl Yaponiyada həbs həyatı sürən amerikalı məhbus acı xatirələrini qələmə alıb:
"Bəli, Yaponiyada cəzaçəkmə müəssisələri həqiqətən də cəhənnəm dəliyini xatırladır. Mən təknəfərlik kamerada cəza çəkirdim. Hər gün nəzarətçi şirniyyat bükmək üçün folqanı əzib qarşıma qoyurdu. Tam səliqə ilə açandan sonra yenidən əzib qarşıma qoyurdu ki, eyni əziyyətlə həmin işi görüm".
Yapon türmələrində bütün məhbusların əməl etməli olduqları xüsusi gəzmək, oturmaq, tualetdən istifadə, hətta baxmaq qaydası var. Hətta gəzinti zamanı səhv atılan addım, nəzarətçinin üzünə baxmaq, yemək vaxtı başını çevirmək belə qayda pozuntusu sayılır və mütləq cəza kəsilir. Cəza təknəfərlik kamerada oturmuş formada 7-17 saat qalmaqdan ibarətdir. Bu müddət ərzində məhbus gözünü divara zilləməlidir. Keyimiş bədəni, pozulmuş sinirləri isə heç kimi maraqlandırmır.
Gigienik prosedurlar, yaxud duş alma həftədə iki dəfə mümkündür. Bu müddət qışda 15, yayda isə 30 dəqiqə olur. Amma yayda kondisioner, qışda isə isitmə sistemi qadağandır.
Yaponiya həbsxanalarında xəstələnmək, ümumiyyətlə, təhlükəlidir.
Çünki burada tibbi yardım anlayışı yoxdur. Gündoğan ölkədə həbsxana
həkimi olduqca nüfuzsuz peşə sayılır. Məhbus xəstələndiyi təqdirdə
anket doldurmalı, sonra isə bəzən həftələrlə həkimin qəbuluna
düşməyi gözləməlidir.
Nahar üçün nəzərdə tutulan cəmi yarım saatın ilk saniyələrində
məhbus gözlərini yumub yeməyə başlamaq üçün veriləcək əmri
gözləməlidir. Bu qayda pozulduğu təqdirdə tək nəfərlik kamera
cəzası qüvvəyə minir.
Məhbuslar saat 21:00-da yatmağa gedirlər. Yatdıqları müddət ərzində əlləri və başları mütləq görünməlidir. Yoxsa nəzarətçi onları oyadır.
Hazırda həbs cəzalarının yüngülləşdirilməsi ilə bağlı bir sıra islahatlar aparılır. Amma hələ də vəziyyət ürəkaçan deyil.
Leyla Sarabi
-
İdman21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO















.jpg)




















.jpg)

