Cinayət dünyası
Oğru dünyasının gizli sovet xəfiyyəsi
SSRİ məkanında Murka adlı mahnı nəinki kriminal dairələrin himni, eləcə də sadə xalqın dilinin əzbəri idi. Əslində isə bu mahnının sözləri Fövqəladə Komissiyanın gizli şifrəsi idi.
Murka Marusya Klimova adlı gizli xəfiyyənin oğru aləmindəki ləqəbi idi. Uzun müddət hər kəs zənn edirdi ki, Murka xalq mahnısıdır. Halbuki, oğru aləminin hörmətli siması Murkanın əslində gizli xəfiyyə olduğunu heç kim bilmirdi.
Publika.az xəbər verir ki, 1918-ci ildə Moskva Axtarış İdarəsi fəaliyyətə başlayır. Həmin dövrdə bütün şəhərlərdə kriminalistika yüksək həddə idi. Oktyabr İnqilabından sonra Odessada oğru aləmini dağıtmaq üçün Moskvadan gəlmiş axtarış dəstəsi əməliyyatlar apardı. Yarım il davam edən əməliyyatlara Mariya Klimova adlı xəfiyyə cəlb olundu. Bunun üçün oğru aləminin ən yüksək kreslosunda oturan Brilliant ləqəbli qanuni oğrunu özünə aşiq etdi. Manının mətninə diqqət etsək, Murkanın dövlət adamı olduğunu müəllif yaxşı bilirdi. Arxiv sənədlərində kapitan olduğu üzə çıxan Klimovanın əsl kimliyi illər sonra üzə çıxdı. Gənc yaşda bir neçə dəfə öldüyü iddia olunsa da Murkanın uzun ömür sürdüyü bildirilir.
Leyla Sarabi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi







































