Cinayət dünyası
Cinayət aləminin vacib elementi - DÖYMƏLƏRİN MƏNASI NƏDİR?
Bu gün insanlar bədənlərinə cürbəcür tatular döydürürlər. Bizim üçün adi görünən bədən rəsimlərinin əslində cinayət aləmində öz mənaları var. Odur ki, tatu döydürmək istəyirsinizsə, yüz ölçüb bir biçməyiniz məsləhətdir.
Publika.az xəbər verir ki, ulduz cinayət aləmində ən çox istifadə olunan döymədir. Əgər çiyinlərdədirsə, bu yüksək avtoritetlik, dizlərdə isə heç kimə tabe omayan mənasındadır.
Tor şəkilli tatu insanın uzunmüddətli pis vərdişi yaxud zindan həyatına işarədir. Torun sayı isə illərin göstəricisidir.
Son illər gənclər bədənlərinə kart döydürməyə üstünlük verirlər. Əslində isə bu cinayət dünyasına girən insanın ömür yolunu simvolik şəkildə izah edir.
İçərisinə qılınc girən qızıl gül tatusunun da çox qəmli açması var. Onu əsasən həddi buluğa çatmadan həbsə girən şəxslərin bədəninə döyürlər.
Sağ gözün altında damcı insan öldürdüyünə görə həbsə girənlərin üzünə döyülür.
Vəhşi heyvan təsviri isə cinayətkarın istənilən vəhşiliyi törədə biləcəyinə işarədir.
Beşuclu tac latın amerikalı canilərin sevimli tatusudur.
Bədəninə su pərisi təsviri döydürən cinayətkarlar adətən bunu qeyri-iradi şəkildə ediblər. Çünki bu döymə uşaq qatillərinin vücuduna həkk olunur.
Leyla
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi







































