Cinayət dünyası
Hansı avtomobilləri oğurlamaq daha asandır? - SİYAHI
Avtomobil istehsalında təhlükəsizlik sistemi ildən-ilə təkmilləşdirilir, bununla da avtomobil oğrularının qarşısında daha çətin “vəzifə” qoyulur. Bunu sübut və təkzib etməkdən ötrü “What Car” nəşrinin ekspertləri Böyük Britaniya bazarının yeddi ən populyar avtomobilini seçərək onların qapısını açmağa cəhd ediblər.
Publika.az Azərtac-a istinadla xəbər verir ki, eksperimentdə “Land Rover Discovery”, “Land Rover Discovery Sport”, “Audi TT RS”, “Ford Fiesta”, “Mercedes Benz A-class”, “BMW X3” və “DS3 Crossback” avtomobillərindən istifadə olunub. Bu modellərdən hər biri açarsız daxilolma sisteminə malikdir. Ekspertlər daha çox “BMW X3” və “Ford Fiesta” modelləri ilə əlləşiblər. Bu avtomobillərin qapısını açmaqdan ötrü onlar hər modelə 40 saniyə vaxt sərf ediblər. Onlara “hadisə yerini” tərk etməkdən ötrü daha 20 saniyə tələb olunub.
“Mercedes Benz A-class” markasına 30 saniyə, “Land Rover Discovery”yə cəmi 20 saniyə sərf olunub, lakin bu avtomobili sürmək mümkün olmayıb.
“Land Rover Discovery”nin idman versiyasının müdafiədə daha zəif olması məlum olub və avtomobil qısa 10 saniyə ərzində öz mövqeyini əldən verib.
Açarsız daxilolma sisteminin aktiv olduğu şəraitdə 10 saniyə ərzində “Audi TT RS” modelini qaçırmaq mümkündür. Eksperimentdə iştirak edən avtomobillər arasında ən “zəifi” isə “DS3 Crossback” modeli olub, onun öhdəsindən cəmi 5 saniyəyə gəliblər.
Nəticə budur: rahatlığı əhəmiyyətli dərəcədə yüksəldən açarsız daxilolma şübhəsiz ki, sizin avtomobilinizin təhlükəsizliyində zəif bənddir.
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
























.jpg)











