Cinayət dünyası
"Lotu Quli"nin imzası erməniyə görə saxtalaşdırıldı - QALMAQAL
Azərbaycanlı qanuni oğru Nadir Səlifovla (Lotu Quli) Kutaisi oğruları arasında ciddi qalmaqal yaranıb.
Musavat.com-un xəbərinə görə, erməni əsilli Artur Atabekyana “oğru" səlahiyyətləri verməsi ilə bağlı həbsxanaya göndərilən “proqona” Qulinin də adı yazılıb ki, bu da azərbaycanlı qanuni oğrunun ciddi narazılığına səbəb olub. Quli hazırda Tver bölgəsindəki həbsxanalardan birində olan Artur Atabekyana heç bir dəstək vermədiyini bəyan edib və adının “proqona” onun izni olmadan yazılmasına görə izahat istəyib.
Qeyd edilir ki, bu, Arturun kriminal güc kimi təsdiqlənməsi üçün edilən ikinci cəhddir. Avqustun əvvəlində Şakro Molodoy bu təşəbbüsü blok edib. Arturun namizədliyini vaxtilə Ded Xasanın kurasiya etdiyi “Kutaisi qruplaşması” dəstəkləyir. Quli də bu qruplaşmaya dəstək verib. Amma onlar Qulinin izni olmadan oğru məktubuna onun da adını yazmaqla ciddi səhvə yol veriblər.
İddia olunur ki, Quli bildirib ki, indi bu cür məktublu bəyanatların yeri deyil. Quli bildirib ki, əvvəla, erməni kriminalla iradlar var və bu həll edilmədən onun kriminal aləmin yüksək mərtəbəsinə qəbulu yolverilməzdir. İkinci tərəfdən, indi Rusiyada qanuni oğrulara qarşı böyük bir savaş başlayıb və bu cür müzakirələr yersizdir. Quli sonda bildirib ki, "mənsiz istədiyinizi yaza və istədiyinizi edə bilərsiz".
Qulinin demarşından məyus olduqlarını gizlətməyən "Kutaisi" klanının bundan sonra nə edəcəyi ciddi maraq doğurur. Bildirilir ki, Quli indi bu yaxınlarda azadlığa buraxılan Tariel Oniani (Taro) və Merab Suximski ilə yaxınlaşmaqda maraqlıdır.
-
İdman21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO















.jpg)




















.jpg)

