Cinayət dünyası
“Lotu Quli”dən sonra cinayət aləminin yeni lideri kimdir? - FOTO
Cinayətkar aləmdə liderliyə iddia edə biləcək yeganə kriminal avtoritet Suxumi klanının lideri Merab Djanqveladzedir ("Suxumski”).
Publika.az xəbər verir ki, bu barədə Lenta.ru-ya kriminal aləmdə həyatın işıqlandırılması ilə məşğul olan, Rusiyanın "Praym Kraym” informasiya agentliyinin redaktoru Viktoriya Gefter məlumat verib.
Onun fikrincə, Merab Suxumskini yeraltı dünyanın yeni lideri adlandırmaq olar, çünki o, avqustun 19-da qətlə yetirilən azərbaycanlı qanuni oğru Nadir Səlifov ("Lotu Quli”) ilə bərabər nüfuza malik biridir.
"Praym Kraym” redaktoru "Quli”nin ölümünün mafiya müharibələrinin nəticəsi olduğunu deyib:
"Düşünürəm ki, bu (qətl) ən çox elə "Quli”nin özü üçün gözlənilməz oldu. Bir çoxu onun belə sonu olacağını proqnozlaşdırsa da, bu qədər tez olacağını düşünmürdü. "Quli” düşmənlərini tanıyırdı, amma ölümün haradan gələcəyini bilmirdi. Qatilini özü yaxınlaşdırdı və başının arxasından vuruldu”.
Viktoriya Qefter azərbaycanlı "qanuni oğru”nun klanının taleyinin anlaşılmaz olduğunu bildirib.
"Əsas məsələ Quli imperiyasının nədən ibarət olduğu və onun kimə miras qalacağıdır”, - deyə agentliyin həmsöhbəti sözlərini yekunlaşdırıb.
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi









































