Cinayət dünyası
“Lotu Quli”nin nəzarət etdiyi sahələr onlar arasında bölündü - FOTO
Antalyada qətlə yetirilən azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun ölümündən sonra onun nəzarət etdiyi sahələr artıq bölünməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Kommersant” öz mənbələrinə istinadən məlumat yayıb. İddia olunur ki, “qanuni oğru” Vaqif Süleymanov (Diplomat) Gürcüstandan olan əslən azərbaycanlı biznesmenlərə nəzarət edəcək.
.jpg)
Kriminal avtoritet Cavid Məmmədovun (Dato Ağcabedinski) isə Qulinin idarə etdiyi taksi sürücülərini və pərakəndə satış nöqtələrini ələ keçirəcəyi güman olunur.

Sankt-Peterburqdakı “Sofiya” topdansatış bazasına isə Əli Heydərovun (Albert Rıjiy) nəzarət edəcəyi bildirilib.

Qulinin kriminal aləmdə yüksəlişinin başlandığı Yekaterinburqdakı meyvə-tərəvəz biznesinə isə artıq azərbaycanlı-talış avtoritetləri iddia edirlər. Eyni zamanda bildirilib ki, kriminal aləmin hələ ki, heç bir nümayəndəsi Nadir Səlifovun tutduğu "1 nömrəli qanuni oğru" tituluna iddia irəli sürməyib.

Nəşrdə Qulinin yalnız bir telefondan istifadə edərək Rusiyanın böyük şəhərlərində cinayətkar dəstələr təşkil etdiyi, onların isə Səlifovun əmri ilə əsasən meyvə-tərəvəz ticarəti ilə məşğul olan azərbaycanlı iş adamlarından xərac topladığı bildirilir. Qeyd olunur ki, Lotu Qulinin adamları təkcə biznesmenləri deyil, həm də bu şəhərlərə həyata keçirilən topdansatış ərzaq tədarükünün xeyli hissəsini nəzarətə götürüb.
Xatırladaq ki, Lotu Quli avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə yaxın adamı, kriminal avtoritet - 25 yaşlı Xan Əhmədlinski (Xəqan Zeynalov) tərəfindən başından güllələnərək öldürülüb. Onun qətlində daha bir nəfər - 26 yaşlı Əmir Əhmədli də ittiham olunur.
-
Ekopublika.az21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir




































.jpg)

